Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

30 Nisan 2011 Cumartesi

NEFT AKADEMİYASINDAKI QƏTLİAMDAN 2 İL ÖTÜR

30 aprel faciəsinin qurbanlarına Allah rəhmət eləsin
2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı, 29 yaşlı Fərda Qədirov məktəbin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daha sonra o, özünü öldürüb.

Hadisə ilə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli olan şəxslər- Cavidan Amirov, Ariz Qabulov, Nadir Əliyev və Süleyman Nəcəfov cinayət məsuliyyətinə cəlb olunub.

Fərda Qədirovun barəsində olan cinayət işinə isə xitam verilib.

30 aprel faciəsinin qurbanlarına Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder