Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

6 Mart 2011 Pazar

Azərbaycanda inqilab yaratmağ üçün 10 milion dollar pul ödənib! Ödəyənlər kimlərdilər?

Soros Fundu illərdir ki sömürgəligə məcbur edilmiş ölkələrdə fərqli adlar altında rəngli inqilablar yaratmaqda xəbər agentliklər və QHT-lər yaradaraq işləm yapır. Yəhiudi olduğu deiylən Corc Soros (George Soros) Macaristan doğumlusudur və Amerika yönlü siyasətlərin icrasında inanılmaz məbləğlərdə yatırımlar yatırır. Adı gedən fond İran, İraq, Gürcüstan və Azərbaycanda geniş miqyasda fəaliyət edir.


Son günlər yayılan məlumatlara görə, müxalifətin yaratdığı “İctimai Palata”ya Soros Fondu tərəfindən ölkədə iğtişaş və qarşıdurma törətmək üçün 10 milyon dollar vəsait ayrılıb. Məsləyə münasibət bildirən Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan SİA-ya açıqlamasında 10 milyon məsələsini təsdiq etsə də, bu vəsaitin Soros Fondu tərəfindən deyil, Qərb ölkələrinin müəyyən dairələri tərəfindən ayrıldığını deyib.

“Hər hansı bir maddiyətə görə milli maraqları qurban vermək düzgün deyil. Bu milli düşərgədə olan siyasi qüvvələrin baxış prizmasına uyğun gələn bir məsələ deyil. Məlumata gəlincə inanmıram ki, ənənəvi müxalifətin birləşdiyi “İctimai Palata”ya özünü ciddi sayan hər hansı bir mərkəz və yaxud dövlət 10 milyon dollar pul ayırmış olsun. Bu informasiyalar həmin qüvvələrin özləri tərəfindən ictimaiyyətə çatdırılır ki, onlar cəmiyəti cəlb etsinlər və bunun nəticəsində kimsə onlara maddi dayaq olsun. Onlar üçün 10 milyon dollar çox böyük puldur. Hesab edirəm ki, “İctimai Palata”da birləşən qüvvələr Azərbaycanın bugünü deyil, keçmişidir və həmin qüvvələrə hər hansı bir dövlətin ciddi yanaşıb maliyyə yardımı etməsi o qədər də inandırıcı görünmür. Çünki ABŞ, Rüsiya, Avropa dövlətlərində, o cümlədən Azərbaycanda hər hansı bir prosesin getməsində maraqlı olan mərkəzlər o qüvvələrlə işləyə bilərlər ki, onlar həqiqətən siyasi proseslərə təsir imkanlarına malik olsun və yaxud bura qədərki fəaliyyətləri şəffaf olsun. Sözügedən qüvvələr bu sahədə olduqca təmiz, şəffaf olmayan qruplara aid olmur və həmin qüvvələrə hər hansı bir yardımın olması və yaxud onların hər hansı bir prosesə cəlb olunması o qədər də inandırıcı görünmür. Amma hətta belə bir variant olsa belə Milli Qurtuluş Partiyası və ona müttəfiq olan partiyalar hesab edirlər ki, əgər biz mübarizə aparırıqsa, bu dövlətin qanunları çərçivəsində olmalıdır. Biz müxalifətiksə milli maraqlar hər şeydən öndə tutulmalıdır. Özümüzü Azərbaycan siyasi sisteminin tərkib hissəsi hesab ediriksə, xaricdən hər hansı bir yardıma göz dikib mübarizəmizi bu istiqamətdə yönəltməməliyik. Bu baxımdan bizim həmin qüvvələrlə mövqelərimiz tamamilə fərqlidir. Hesab edirik ki, müxalifət olmağımıza baxmayaraq, Azərbaycanda hər hansı bir iğtişaş, inqilabi hərəkətlərin olması ölkənin milli maraqlarına uyğun deyil”, – deyə o əlavə edib.

Xatırladaq ki Soros Fundu illərdir ki sömürgəligə məcbur edilmiş ölkələrdə fərqli adlar altında rəngli inqilablar yaratmaqda xəbər agentliklər və QHT-lər yaradaraq işləm yapır. Yəhiudi olduğu deiylən Corc Soros (George Soros) Macaristan doğumlusudur və Amerika yönlü siyasətlərin icrasında inanılmaz məbləğlərdə yatırımlar yatırır. Adı gedən fond İran, İraq, Gürcüstan və Azərbayca

http://azr.baybak.com/il_2011_say_7957.azrnda geniş miqyasda fəaliyət edir.

Hiç yorum yok:

Yorum Gönder