Türkiyəni parçalamağa çalışan PKK terror təşkilatının təbliğat ruporlarından olan “Roj TV” bu ilki Nobel mükafatına namizəd göstərilib. Bu barədə Türkiyənin NTV telekanalı xəbər yayıb.Qeyd edək ki, Nobel mükafatına namizəd Nobel Komitəsi tərəfindən müəyyənləşdirilir. Ancaq əvvəllər Nobel mükafatı qazanmış şəxslər də bu mükafata namizəd irəli sürmək hüququna malikdirlər.
“Roj TV”-nin fəaliyyət göstərdiyi Danimarkadan isə bir xəbər yoxdur. Bu telekanalın bağlanması ilə bağlı məhkəməyə müraciət edən Danimarka Ədliyyə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Ancaq Danimarkada hökumət koalisiyasında (etilafi hökumət) təmsil olunan Mühafizəkar Partiyasının sözçüsü Tom Benk deyib ki, Danimarkada bağlanması ilə bağlı məhkəmə prosesi gedən bir telekanalın Danimarkanın Nobel sülh mükafatına namizəd göstərilməsi qəribədir.
Hiç yorum yok:
Yorum Gönder