Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

2 Şubat 2011 Çarşamba

Soydaşlarımız İstanbulda İran konsulluğu qarşısında etiraz aksiyasi keçiriblər

Türkiyənin İstanbul şəhərində İran konsulluğunun önünə qara çələng qoyulub. Bu, Ermənistan-İran dostluğuna etiraz əlaməti olaraq edilib.
Çoxsaylı gənclərin, tələbələrin, müxtəlif təşkilat nümayəndələrinin qatıldığı aksiya (etiraz yürüşü) 1 saatdan çox davam edib. Aksiya iştirakçıları Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana iqtisadi dəstək göstərməsinə və rəsmi Tehranın bu istiqamətdə apardığı siyasətə etirazlarını bildiriblər.

İranın Ermənistanla münasibətlərini pisləyən aksiyaçılar rəsmi Tehranı digər ölkələrin daxili işlərinə qarışmamaq, həmçinin «Səhər» telekanalının Azərbaycana qarşı pozuculuq fəaliyyətinə son qoymaq və digər tələblər səsləndiriblər.

İran konsulluğunun önünə Ermənistan-İran dostluğuna etraz əlaməti olaraq qara çələng də qoyulub.

Aksiyalarin davam etdiriləcəyi bildirilib.Növbəti mərhələdə İranın bu fəaliyyətinə etiraz olaraq imzatoplama kampaniyasına başlanacaq.

Qeyd edək ki, tədbirdə 100-dən çox adam iştirak edib.

Hiç yorum yok:

Yorum Gönder