Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

30 Nisan 2011 Cumartesi

ADINI BİL, MİLLƏTİNİ TANI…

 Günaydın, sevgili əqidədaşlarımız! Bir Türk (biz Türk) olaraq yeni «bozqurd-türk» adlı saytla görüşünüzə gəldik. Gəldik ki, fikir və düşüncələrimizi sizlərlə bölüşək, sizi və bizi narahat edən bəzi qaranlıq məsələlərə aydınlıq gətirək…Bizim olan bu məmləkətdə-Azərbaycanda milliyətcə Türk olanlar «mən Türkəm» deməkdən nədənsə çəkinirlər. Bu məmləkətdə hər kəs özünə «azərbaycanlıyam»-deyir.
     




Milliyətini soruşanda ləzgi ləzgi olduğunu, talış talış olduğunu, rus rus olduğunu, kürd kürd ….olduğunu söyləyir. Bəs sən niyə «Türkəm», demirsən? Sənin adın nədi? 
    Sevgili əqidədaşlarımız, əziz qandaşlarımız! Bu gün bizim məmləkətimizdə nələr baş verdiyini, hansı məhrumiyyətlərə düçar olduğumuzu hər birimiz çox yaxşı bilirik. Hüququmuz tapdanır, haqqımız əlimizdən alınır, bütün vəchlə bizi endirməyə, kölələşdirməyə çalışırlar…susuruq! Sən danışma, mən susum! Bəs kim bizim haqqımızı tələb edəcək?! Susduqca səsimiz batır!!! Gəlin əl-ələ verək, bir-birimizə dayaq olaq, Millətimizə və Məmləkətimizə yad olanlara qarşı mübarizəyə qalxaq! Milli-mənəvi dəyərlərimizə, adımıza və soyadımıza, dilimizə və dinimizə, bir sözlə, Tanrının bizə bəxş etdiyi haqqımıza sahib çıxaq! Millətimizin Türk, dilimizin Türk dili olduğunu anlayaq!
      Sevgili dostlar! Bu saytı açmaqda amacımız burada bir Türk Odası (ocağı) yaratmaq, sizləri-qanqardaşlarımızı, əqidədaşlarımızı ətrafımıza cəm edib, bizə yad, Məmləkətimizə və Millətimizə qənim kəsilənlərə qarşı mübarizə aparmaq, bir haqq savaşına başlamaqdı. İtirdiklərimiz yetər! Manqurdlaşmayaq, Qurdlaşaq!!! Adımızı bilək, Millətimizi tanıyaq!! Yaşar olsun Boz Qurdumuz!!! Tanrı Türkü qorusun!!!
  

Hiç yorum yok:

Yorum Gönder