Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

29 Nisan 2011 Cuma

Pensiyaçı məmurlar...

Prezident İlham Əliyev bildirib ki, bütün sahələrdə işləyən pensiya yaşına çatmış insanlar pensiyaya getməlidirlər. Ölkə başçısı bunu həftə bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən deyib.


  Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklərdən sonra kişilərin pensiyaya çıxmaq üçün yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilib.

Qeyd edək ki, pensiya yaşlı işçilərin işdən çıxarılması məsələsi gündəmə gələndən sonra ilk sırada təqaüdçü müəllimlərin adları çəkilir. Bu da onunla əsaslandırılır ki, Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb. Bu sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlamalıdır. Həmin konvensiyiya ölkə başçısı tərəfindən təsdiqləndikdən sonra müəllimlərin və həkimlərin dövlət qulluqçusu statusu alması gerçəkləşəcək. O zaman təhsil müəssisəsində işləyən 65 yaşından yuxarı pedaqoqlar pensiyaya göndəriləcək.

Amma pensiya yaşlı kadrlar təkcə təhsil və səhiyyə sahəsindədirmi..?

Araşdırmalar göstərir ki, bu gün adları çəkilən sahələrlə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarında da pensiya yaşına çatmış xeyli məmur çalışır. Görəsən 2006-cı ilə qədər pensiyaya çıxanların pensiya təminatı yaxşılaşdırılandan sonra nazirliklərdə, komitələrdə, şəhər və rayon icra hakimiyyətlərində uzun illərdir müxtəlif postlar tutan, ölkə başçısı demişkən, o vəzifədən, o işdən yapışan məmurlar necə olacaq, pensiyaya göndəriləcəklərmi...?

Qeyd etdiyimiz kimi, dövlət orqanlıranda çalışan məmurlar arasında pensiya yaşına çatanlar, hətta onu ötənlər az deyil və onlar uzun illərdir müxtəlif vəzifələrin - nazir, nazir müavinindən tutmuş, şöbə və sektor müdirinədək – kürsülərindən getmək istəmirlər...

Ayrı-ayrı dövlət orqanlarından konkret misallar da göstərmək olar. Məsələn, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev: Dövlət Statistika Komitəsinin sədri xarici görünüşcə cavan qalsa da, onun 68 yaşının olduğunu yəqin çox adam bilmir. Arif müəllim uzun müddətdir eyni vəzifədə işləyir. O, 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Bu isə düz 18 il edir.

Bu komətədə digər rəhbər postlar tutan pensiyaçılar az deyil. Yanacaq-enerji və material balansları statistikası şöbəsinin müdiri Rafael Hacıyev 76 yaşındadır.

Tikinti statistikası şöbəsinin müdiri Zeydulla Ağayev isə 70 yaşına çatıb.

Dövlət Statistika Komitəsi Baş Hesablama Mərkəzinin direktoru Şahbala Məmmədov da 1936-cı ildə doğulub – 75 yaş.

Komitənin Əmək statistikası şöbəsinin müdiri Elton Əhmədov və Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri Seyfəddin Yusifov 64 yaşlarındadır.

Təhsil Nazirliyində də pensiyaçı məmurlar var. Elə nazir Misir Mərdanovun özü 65 yaşına çatıb. O, 1998-ci ildən Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edir. Misir müəllim düz 13 ildir yorulmadan nazir kürsüsündə əyləşir.
Nazir müavini İsgəndər İsgəndərov da artıq pensiya yaşına çatıb. Hörmətli İsgəndər müəllimin də 65 yaşı var. O, 1999-cu ildən nazir müavini işləyir.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi - Baş nazir Artur Rasizadənin 76 yaşı var.
Artur Rasizadə 1996-cı ildən baş nazir postunu tutur. Bu isə o deməkdir ki, cənab Rasizadə 15 ildir Nazirlər Kabinetinə rəhbərlik edir. Təqaüd yaşını çoxdan haqlamış Artur müəllimin də birdəfəlik pensiyaya çıxması nədənsə yubanır.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 63 yaşı var. Cənab general 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da pensiya yaşına çatıb. 64 yaşlı Qərib müəllim 10 ildir komitə sədri kimi məsul vəzifədə çalışır.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov da təqaüd yaşını çoxdan geridə qoyub. Uzaq səfərlər kapitanı 17 ildir gəmiçiliyin başında durur.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun 63 yaşı var. Tağı müəllim 13 ildir metro sahəsində birinci şəxsdir. Heç kim istisna etmir ki, Tağı müəllim də gənclər yol açılması üçün pensiyaya göndərilə bilər.

Sadalanan adlar pensiyaçı məmurlar haqda sadəcə bir neçə konkret misal idi… Onların sayı çoxdur. İnamaq istərdik ki, nəhayət qocalar öz yerlərini gənc və perspektivli kadrlara verəcəklər…

A.Qorxmaz

Hiç yorum yok:

Yorum Gönder