Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

12 Nisan 2011 Salı

Liderlərin evi qarşısında aksiya neçəyə başa gəlir?

Piketə qatılan tələbələrin hər birinə 100 manat verildiyi deyilir
Məlumatlı mənbənin sözlərinə görə, müxalifət liderləri Əli Kərimlinin evi və İsa Qəmbərin başçılıq etdiyi Müsavat Partiyasının qərargahı qarşısında gənclərin keçirdikləri etiraz aksiyas heç də onların öz təşəbbüsü ilə baş tutmur.
Mənbəmiz şəxsi müşahidələrinə əsasən iddia edir ki, həmin gənclər əsasən özəl universitetlərin və Sumqayıt Dövlət Universitetinin və digər ali məktəblərin tələbələridir. Amma bu heç də o demək deyil ki, tələbələr aksiyaya öz istəkləri ilə qatılırlar. Məlumatlara görə, həmin aksiyalarda iştirak etmək üçün tələbəyə 100 AZN pul verilir. Həmin məbləğ isə, heç bir təhlükə vəd etməyən aksiyada cəmi bir-iki saatlıq hay-küy üçün elə də az məbləm deyil.

Mənbəmiz onu da deyir ki, bu heç də hakimiyyətin yuxarı qatlarının xeyir-dua verdiyi bir addım deyil. Saddəcə olaraq, ölkədəki inqilab ab-havasından narahatlıq keçirən kiçik və orta ranqlı bir neçı məmur bunları təşkil etməklə yuxarıların xoşuna gələn addım atfıqlarını düşünürlər: "Ancaq həmin aksiyaları təşkil edənlər möhkəm yanılırlar. Çünki, bu addımla onlar Azərbayanın beynəlxalq imcinə zərbə vururlar. Hətta, bu aksiyaların yuxarılarda ciddi narazılıq doğurduğu barədə məlumatlar var".

/Reportyor.com/

Hiç yorum yok:

Yorum Gönder