Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

8 Nisan 2011 Cuma

Haaqada Azərbaycanda demokratiyanın boğulmasına qarşı etiraz aksiyası

Bu gün Haaqada azərbaycanlı siyasi mühacirlər Azərbaycanda demokratik azadlıqların pozulmasına qarşı etiraz aksiyası keçiriblər.
Aksiyada həmçinin Hollandiya parlamentinin deputatları Van Bommel və Haçiçi, ölkənin gənclər təşkilatlarının və Türkiyə diasporasının nümayəndələri iştirak ediblər.

Aksiyada çıxış edən siyasi mühacirlər Eldəniz Yusibov, Fikrət Hüseynli, Rəşad Sadıqov və Sabir Budaqov İlham Əliyevi azad düşüncəli insanlara qarşı təqib və təzyiqlərə son qoymağa, müxtəlif saxta ittihamlarla həbs olunan müstəqil təfəkkür daşıyıcısı olan insanları, o cümlədən 2 aprel aksiyasının iştirakçılarını dərhal azadlığa buraxmağa və ölkədə dərhal siyasi islahatlara başlamağa və yeni parlament seçkiləri keçirməyə səsləyiblər.

Bommel bildirib ki, Hollandiya parlamentinin 4 nümayəndəsi Avropa parlamentində Azərbaycanda insan haqları, demokratiyanın acınacaqlı durumu ilə bağlı məsələ qaldırmaq və nəticə etibarı ilə ölkə iqtidarının nümayəndələrinə müxtəlif sanksiyaların tətbiqinə çağırmaq niyyətində olduğunu bildirib.

Hiç yorum yok:

Yorum Gönder