Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

11 Nisan 2011 Pazartesi

Nurçuluq “anti-Türk” siyasəti deməkdir

Nurçuların “ölümsüz” lideri Fətullah Gülənin üç il öncə ABŞ-ın Pensilvaniya ştatında öldüyü barədə xəbərlər artıq daha da inandırıcı görünməkdədir. Bu yöndə böyük araşdırmalar aparılır. F.Gülənə bağlı olan STV kanalını və www.herkul.org internet səhifəsini ciddi şəkildə araşdıranlar artıq bu qənaətə gəliblər. Onun ölüm faktını hətta SESAR Araşdırma Mərkəzi təsdiq edib.

1918-ci ildə indiki Quzey İraq və Güney Azərbaycanın Urmu vilayətində kürd, assur və ermənilərdən ibarət silahlı peşmərgələr yerli türklərə qarşı soyqırımlar törədiblər. İnsanlıq əleyhinə olan bu vəhşətlərə, cinayətlərə İngiltərə, ABŞ və Fransanın səfirlikləri onlara yetərincə maliyyə və silah yardımları ediblər. Bütün bunlar əsasən Hindistan üzərindən təchiz edilirdi. Belə bir durumda Türkiyənin strateji hədəflərini nəzərə alaraq Əli İhsan Paşa Sabisin komandanı olduğu 17-ci kolordu ordusu ilk öncə Quzey İraqa daxil oldu və kürd, assur və ermənilərin birləşmiş silahlı qüvvələrini darmadağın etdi. Bu qanlı savaşlarda peşmərgə qüvvələrini idarə edən xeyli ingilis və fransız zabiti əsir götürülmüşdü. Silah, ərzaq və maliyyə cəhətdən korluq çəkən Türk Ordusu Urmu vilayətinə daxil olaraq, burada da tarixi zəfərlərə imza qoydu.

İngiltərə, ABŞ və digər Qərb dövlətləri dinc durmayaraq, bu dəfə Anadoluda Səidi Kürsinin liderliyində üsyanlara başladı. Bu dəfə Səidi Kürsi soyadını dəyişərək dönüb “Nursi” olmuşdu. Səidi Nursi kürd, aysor və erməniləri silahlı üsyanlara səfərbər etdiyi zaman “türk milliyyətçiliyinə ölüm” şüarları səsləndirirdisə, bu dəfə “nurçuluq təlimi” şərtlərini gündəmə gətirməyə başladı. ABŞ-ın strateji mərkəzlərində bu strateji hədəflər “zamanla türklərin beyinləri və genetik dəyərləri yuyulmalıdır” adlandırılırdı. Regiondakı kəşfiyyat servisləri belə raportlarla çıxış edirdilər: “İdarəolunan islam modeli mülayim görüntülü, dini həqiqətə bənzər mövhumat şəbəkəsi nurçuluğun strateji hədəfi olaraq yaxın gələcəkdə böyük nüfuza malik olacaq”. İngiltərə, Almaniya, ABŞ və Fransaya məxsus “islamşünaslıq” mərkəzlərinin dosyalarında isə: “Nurçuluq mahiyyətcə kürdçülüyə xidmət etsə də, Türkiyədə bu şəbəkəyə digər milli azlıqlar da cəlb edilməlidir. Şəbəkə ən üstün mövqelərə malik olmalıdırlar. Məhz bundan sonra türklərlə qarışıq ailələrə nüfuz edilməlidir. Onları tədricən antitürk siyasətinin çeşidli şəbəkələrinə qoşmaq olar. Sonucda isə bu şəbəkə Türkiyənin qlobal xarakter daşıyan rolunun daim kiçildilməsi üçün yararlı sosial qüvvə qismində tərəfimizdən asanlıqla yönləndiriləcək. Türkiyədəki siyasi islam modelinin xurafata və mövhumata dayanıqlı olan bir anlama bağlı olmaqla müsəlman dünyasında lider rolunda çıxış etmək hüququndan məhrum edilməsi əsas strateji hədəfə çevrilməlidir ”

Səidi Kürsidən AKP-yə qədər keçilən yol

1930-1950-ci illərdə Türkiyədə Osmanlı imperatorluğunun qalıqları üzərində yüzillər boyu mövcud olmuş dini vəqflər və digər infrastukturlar dirənişlər göstərərək şəriət ehkamlarının qorunub saxlanılması üçün mübarizə aparıblar. Layiq dövlət prinsipinə qarşı çıxan bu kəsimi islam dininin ehkamları deyil, daha çox özlərinin gəlir vasitələrinin qorunub saxlanılması maraqları ilgiləndirirdi. Adnan Menderes baş nazir olan zaman həmin ehkamçı güclər aktiv siyasətə daxil oldular. Onlar hətta layiq dövlətin devrilməsi üçün silahlı üsyanlara hazırlandılar. Bu üsyanların ideoloji lideri isə Səidi Nursi təlimi idi. 1950-ci ilin 15 mayından 1960-cı ilin 27 may tarixinə qədər seçkilərdə iki dəfə qalib gələrək baş nazir kürsüsünə sahib olan A.Menderes layiq dövlətin təməl prinsiplərini referendum vasitəsilə dəyişdirməklə mövhumatçı və təriqətçi kəsimlə birlikdə şəritəçi xunta rejimini qurmaq üçün çalışırdı. Onun tərəfdarları açıq şəkildə bildirirdilər ki, “1918-1920-ci illər ixtilalının (kürd üsyanlarına işarə) silah gücünə yatızdırılmasının tarixinə görə bu intiqamın alınması zamanı çatmışdır”. Ancaq ordu tərəfindən bu xəyanətin üstü açıldı və A.Menderes edam olundu. Həmin ilin 23 mart tarixində isə S.Nursi ölmüşdü. ölümsüzlük iddiasına sığınaraq nurçu camaat S.Nursini “bədiüzzaman” (bütün zamanların ən yaxşısı) adlandırdılar.

1960-cı il ixtilafından sonra nurçular hərəkatı bu dəfə “modern islam” strategiyasına üz tutdular. Zübeyr Gündüzalp, Tahiri Mutlu, Mustafa Sunqur, Bayram Yüksəl, Mehmet Fırıncı, Məhmət Əmin Birinci, Bəkir Bərk, Abdullah Yegin və digər liderlər bu sırada kadr hazırlıqları taktikasının dərinləşməsi üçün modern islam təhsili proqramlarını həyata keçirməyə başladılar. S.Nursinin tələbəsi olmuş, ABŞ-ın ən böyük kəşfiyyat servisi CIA-ya bağlı olan “uçan süpürgə” kodu ilə fəaliyyət göstərən Fətullah Gülən bu proseslərin başına gətirildi. Məhz “siyasi islam” hərəkatı adı altında 1960-1990-cı illər aralığında qurulan “Millət”, “Milli Nizam”, “Milli Səlamət”, “Rifah”, “Fəzilət”, “Səadət” və sonda “AKP” partiyaları bu sırada öndə gediblər. F.Gülənin adına çıxılan “elmli islam” doktrinasının ABŞ-da hazırlanması faktı Türkiyədə çoxdan bəllidir. ABŞ kəşfiyyatının ideoloji sahədə bütün dünyada tətbiq etdiyi “Moon təriqəti”nin tərkib hissəsi kimi F.Gülən də “dinlərarası dialoq” proqramının Türkiyədə tətbiq olunmasını gündəmə gətirməklə şəriətçi və təriqətçi “camaat birlikləri”nin hakimiyyətə sahib olmağın bütün cizgilərini cızıb.

Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra Türkiyənin Qafqaz, Balkanlar, Türküstan və Orta Doğu üzərində strateji üstünlüyünü öz nəzarətinə almaq üçün F.Gülənə ABŞ-dan milyardlarla dollarlıq həcmdə hesablanan yardımlar edildi. Həmin maliyyə dəstəyinin bir qismi Türkiyədə “siyasi islam”ın gücləndirilməsinə, digəri isə ölkənin strateji önəm daşıdığı dövlətlərdə “nurçular”a məxsus şəbəkələrin ön mövqelərə çıxmasına yönəldildi. F.Gülənin bu barədə 1998-ci ildə hakimiyyətdəki DSP-MHP kolasiyası tərəfindən ona qarşı açılan cinayət işindən qorxaraq ABŞ-ın Pensilvaniya ştatına qaçdıqdan sonra etiraflarında da qeyd olunub. O, belə bir açıqlamada bulunub: “Bizim Türkiyədə və xaricdə açdığımız məktəb və universitetlər ABI-ın dəstəyilə fəaliyyət göstərir”.

Budur, A.Menderesin lideri olduğu Demokrat Partiyası hakimiyyətinin 10-cu ilində dövlətin təməl prinsiplərini necə çökdürmək istəyirdisə, bu gün də həmin missiyanı AKP iqtidarı və onun lideri Rəcəb Təyyub Ərdoğan həyata keçirmək üçün çalışır. 

Nurçuların “ölümsüz” liderinin məzarı haradadır?

Fətullah Gülənin üç il öncə ABŞ-ın Pensilvaniya ştatında öldüyü barədə xəbərlər artıq daha da inandırıcı görünməkdədir. Bu yöndə böyük araşdırmalar aparılır. F.Gülənə bağlı olan STV kanalını və www.herkul.org internet səhifəsini ciddi şəkildə araşdıranlar artıq bu qənaətə gəliblər. Onun ölüm faktını hətta SESAR Araşdırma Mərkəzi təsdiq edib. Mərkəzin tədqiqatlarında bildirlir ki, F.Gülən üç ildir lideri olduğu camaat birliklərinin önünə çıxmır. Onun oxşarını taparaq Hollivudun estetik cərrahiyyə mərkəzində başqa birisini yaradıblar. F.Gülənlə ABŞ-da görüşə gedənlər belə onun sağ olduğunu bilirlər. Mərkəz F.Gülənin səsini və canlı görüntülərini uzun müddət araşdıraraq onun bənzərinin nitqindəki orfoqrafik, stilistik ifadə qaydası, xarakterinə uyğun hərəkət tərzinin uyğun olmadığını da sübut edib. Hal-hazırda F.Gülənin harada və necə torpağa gömüldüyü araşdırılmaqdadır. Bu faktı ABŞ hökuməti çox ciddi şəkildə gizli və sirli şəkildə qorumaqdadır. Mütəxəssislərin fikrincə, Əl Qaidə lideri Hüsamə Ben Ladenin necə ki, 10 ildir sağ olduğu və ya öldürüldüyü faktı ABŞ tərəfindən necə gizli saxlanılırsa, bu dəfə həmin taktika F.Gülənə tətbiq olunub. Bütün bunlara baxmayaraq, təriqətçi iqtidarın nəzarətində olan KİV hər gün F.Gülənin telefon danışıqlarını sərgiləməkdə davam edirlər. Zatən H.B.Laden də audio çıxışlarla hərdən gündəmə gətirilir.

Türkiyədə cümhuriyyətin 87 illik tarixində dövlətin təməl prinsiplərinin dəfələrlə çökdürülməsi yönündə bütün dünya birgə addımlar atıb. Ancaq Türkiyə hər dəfə bu sınaqlardan üzüağ çıxıb. Bu gün uydurma və saxta ittihamlarla dövlət və millət yolunda cəmiyyəti səfərbər edə biləcək güclərin üzərində saxtakarcasına məhkəmələr qurmaqla sanki təkcə şəriətçi və təriqətçi kəsim deyil, bütün dünya tarixdə 17 imperiya və 70 məhəng dövlət qura bilmək gücündə olan türkü məhv etməyə hazırlıq görür. çünki Türkiyənin bu gün Türk Dünyası adlı coğrafi sərhədləri genişlənməkdədir. Bu sırada türkün tarixi gücünün dəyərsizləşdirilməsi, heçə endirilməsi, manqurt təfəkkürlü bir dövlətin oluşturulmasını rəsmiləşdirmək üçün bütün dünya tələsir. Neoimperializm gücləri bu sırada durublar.

***

Türkiyədə siyasi iqtidarı ələ keçirmiş AKP-li təriqətçilər və məzhəbçilər gerçəkdən manqurtdurlar. Onlar hələ də anlamırlar ki, təkcə Anadoluda deyil, Orta Doğu, Qafqaz, Türküstan və Balkanlar başdan-başa türkün mədəni və etnoloji dəyərlərinin bütünlüyü çərçivəsində mövcuddurlar. Bunun dışında onlar yox kimidirlər. Bu gücün anlamlı şəkildə dəyərini, tarixi ədavəti hələ də yaşadan dövlətlər çox yaxşı anlayırlar. Buna görə də illərdir təriqətçi və məzhəbçi kəsimi yemləyirlər. AKP “Avropa Birliyi” adlı xristian bütünlüyü mantosuna ölkənin bürünəcəyinə cəmiyyəti inandırmaq istəyir. AB isə bu növ referendumların gizli uzantılarında ölkənin bir neçə kəsimə bölünməsi üçün hüquqi baza yaratmaqla daha dərin strategiyaları özəlləşdirmək iddiasındadır. Buna görə də AKP adlı xuntanın yanında durublar. Türkiyənin istiqbalının tək yolu milli dövlət dəyəridir. Bunun təməl prinsiplərini isə dahi Mustafa Kamal Atarük 87 il öncə qoyub. 12 sentyabr referendumu həm də türk qatili Bərzaninin statusunu böyüdəcək. Vatikanın uzantılarına yol açacaq. Neoimperiya güclərinin erməni iddiasını rəsmiləşdiriləcək. Cocuq qatili PKK-ya geniş yol açacaq. Ən nəhayət, BOP projesinin dərin qatları daha da böyüyəcək.

Ənvər BöRüSOY,
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti

Hiç yorum yok:

Yorum Gönder