Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

12 Nisan 2011 Salı

Anti-türk nağıllar başlandı...

ABŞ-ın Prinston universitetinin dosenti Yaxın Şərq siyasi tarixi üzrə mütəxəssisi Maykl Reynolds (Michael Reynolds) yeni nəşr etdiyi «Dağılan imperiyalar» (“Shattering Empires”) əsərində anti-türk nağılların yenidən davam etdirilməsinə rəvac verib.
Bu ermənipərəst alim yazdığı yeni cızmaqarasında oxuculara belə bir fikir təlqin etmək istəyir ki, 1914-cü ildə başlanmış I Dünya Müharibəsi Rusiya və Osmanlı İmperiyasının cəbhə bölgələrində yerli əhaliyə qarşı cinayət törətməyə sövq edib. Müəllif guya özünün bitərəfliyini göstərmək üçün yazır ki, Osmanlı torpaqlarını tutan Rusiya burada müsəlman əhaliyə qarşı vəhşilik göstərirdi. Buna cavab olaraq 1915-ci ilin aprelində Osmanlı İmperiyası, guya ermənilərə qarşı köçürmə və qırğın siyasətinə başlayır.

Həmçinin, Reynolds öz ermənipərəstliyini ört-basdır etmək üçün yazır ki, Osmanılalır tərəfindən guya qırılmış ermənilərin sayı 664 min nəfərə çatırdı. Bu isə, Anadolunun erməni əhalisinin 45 faizi idi. Beləliklə o, ermənilərin 1 milyon erməni barədə dediklərini guya ki, ifşa edir. Amma bu müəllif sadəcə uydurma rəqəmi bir az kiçiltmişdir. Əslində o da israr etməyə çalışır ki, Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırım olub. Reynalds hətta yazır ki, bu soyqırım Diyarbəkirdə “şeytan miqyasına qədər yüksəlmişdir”.

Rus mənbələri, xüsusilə də Osmanlı cəbhəsində döyüşən yüksək rütbəli rus zabiti Tverdoxlebovun məlumatları sübut edir ki, müsəlman əhaliyə qarşı əsas vəhşiliyi törədən məhz rus ordusundakı erməni batalyonları idi. İş o yerə çatırdı ki, müsəlmanlara qarşı vəhşiliyi dayandırmaq üçün ruslar öz erməni muzdlularına qarşı zor tətbiq edirdilər. Adını «siyasət tarixçisi» qoymuş amerikalı alim deyəsən, ermənilərdən çox az pul almışdır. Çox pul alsaydı, yalançı soyqırımın qurbanlarının sayını 1 milyon nəfərdən də çox göstərərdi.



Qarxunlu
“Millətçilik” qəzeti 9 - 15 aprel 2011-ci il 13 (127)

Hiç yorum yok:

Yorum Gönder