Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

7 Nisan 2011 Perşembe

Kommunal sektordakı dəhşətli fırıldaqlar - Ekspert açıqlaması

5 il əvvəl ölmüş adamın mənzilinə 110 manat qaz pulu borcu yazıblar

2007-ci ildə elektrik enerjisinin, 2009-c ildə qazın, 2011-ci ildə isə suyun taarifi dəfələrlə bahalaşdırılarkən, hökumət bunu əhaliyə keyfiyyətli xidmət göstəriləcəyi ilə izah etmişdi. Amma zaman keçdikcə, vətəndaşlar kommunal təsərrüfatda hansısa keyfiyyətli xidmətin şahidi olmadı. Əvvəlki illərdə olduğu kimi, abonentlərin işıq, qaz, su təminatında ciddi problemlər qalır.

Bu sahənin ən ciddimübahisə doğuran debitor borclar məsələsi hələ də aktual olaraq qalır. Bundan əlavə xidmətlərin maya dəyərindən dəfələrlə baha qiymətə göstərməsi yoxsul əhalini çıxılmaz vəziyyətdə qoyur.
Bundan istifadə edən kommunal təsərrüfat rəhbərlərinin büdcədən daha çox vəsait mənimsəmək üçün əhalinin üzərinə şişirdilmiş borclar yazması sirr deyil. İllərlə yığılıb-qalan xidmət haqlarını ödəməkdə çətinlik çəkən yoxsul əhali bir ümid nöqtəsi axtarır.

Ölkədə «borc şou» genişlənir

Keyfiyyətsiz və bahalı kommunal xidmət göstərilməsinə baxmayaraq, bu gün müvafiq qurumlar əhalidən haqları zorən yığır, abonentlərin ayağına şişirdilmiş borclar yazır. Belə bir vəziyyətdə hökumət «humanizm» nümayiş etdirərək, kommunal borcların amnistiyası məsələsini gündəmə gətirir. Vətəndaşlar isə həyatını zillətə döndərən borcproblemindən yaxa qurtardığına sevnir. Amma bilmirlər ki, bu vəsait onların boğazlarından kəsilib, kimlərinsə ciblərinə axan pullardır. Məsələn, «Azəriqaz» QSC ləğv olunub ARDNŞ-ə verilərkən əhalinin qaz borcları silindi. Amma bunun əvəzində dövlət büdcəsininin 323 milyon manatı ARDNŞ-ın hesabına köçürüldü. Guya əhalinin borclu olduğu pul Neft Şirkətinə büdcə hesabına ödənib. 323 milyon manatın taleyinə isə aydınlıq gətirilmədi. ARDNŞ bu vəsati guya qaz infrastrukturunun yaxşılaşdırmasına sərf edəcəkdi.
Halbuki mütəxəssislər əhalinin qaz borclarının 20 milyon manatı ötmədiyini bildirirdilər. O zaman 300 milyon manatın büdcədən niyə götürüldüyü yalnız bir fikir yaradır: bu vəsait mənimsənildi.
Cəmiyyət isə bununla bağlı hökumətə heç bir sual ünvanlamadı, ictimai təpkilər olmadı, müxalifət partiyaları da bu səviyyədə maxinasiyaya reaksiya vermədi.

Eyni vəziyyətin su pulu borclarını silərkən yaşanmayacağına heç kim zəmanət verməz. Necə deyərlər məmurların damağında şirə qalıb.

«Təsdiq olunmuş sərfiyyat normaları real normalardan 3,5 dəfə artıqdır»

Kommunal təsərrüfat üzrə ekspert, hüquqşünas Ələkbər Ağasıyev «Bizim Yol» dəhşət doğuran maxinasiya faktları açıqladı. Həmin faktları şərhsiz, bəzi çıxarışlar etməklə təqdim edirik.

- Ələkbər bəy, kommunal təsərrüfatları bahalaşdan sonra xidmətdə hər hansı bir keyfiyyət müşahidə olundumu?

- Ümumiyyətlə, kommunal xidmətlərin 3 əsas göstəricisi var: fasiləsizlik, keyfiyyət və təhlükəsizlik. Son 10-15 il ərzində hər üç göstərici təchizatçı qurumlar tərəfindən təmin edilməyib. Azərbaycan bəlkə də yeganə dövlətdir ki, kommunal təsərrüfatlar üzrə xidmətlər faizlə deyil, dəfələrlə artırılır. Bahalı xidmətin göstərməsinə baxmayaraq, sadaladığım 3 amilin heç birini müşahidə etmirik.
«İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında» Qanunun 8-ci maddəsinə əsasən, bazarda təbii inhisarçı mövqeyi tutan qurumlar öz təsərrüfat fəaliyyətlərini elə qurmalıdırlar ki, istehlakçını lazımi səviyyədə xidmətlə təmin edə bilsinlər. Digər tərəfdən, həmin təchizatçı qurumlar qeyri-bərabər şərtlər təklif etmədən göstərəcəkləri xidmətə görə müqavilə bağlamağa borcludurlar. Eyni zamanda orada göstərilir ki, müqavilə bağlanmamasından və ya xidmətin göstərilməməsindən istehlakçıya dəyən zərər təchizatçı qurumlar tərəfindən tam həcmdə ödənilməlidir. Lakin bu qanun, tamamilə işləmir. Qiymətləri artırmaqla bu problemləri həll etmək mümkün deyil. Struktur dəyişikliyi olmalıdır, vəzifəsindən sui-istifadə edən məmurlar işindən azad olunmalı, radikal tədbirlər görülməlidir…

- 2009-cu ildə qaz borcları silindi. Borclarla bərabər bu sahədə problemində tam silindiyini demək olarmı?

- İşıq, qaz və su təsərrüfatları ətrafında bir dəyişiklik olanda gələcəkdə hansı hüquqpozmaların ola biləcəyini öncədən proqnozlaşdırırq. Bu proqnoz həmiş 100 faiz özünü doğruldub. Məsələn, buna «Azəriqaz» timsalında baxaq. Son 3 ildə istehlakçıların 97 faizə yaxınının qaz sayğacları ilə təchiz olunmasını alqışlamaq olar.
Sayğac quraşdırılmayan mənzillərdə adambaşına sərfiyyat normaları hesabına haqlar alınırdı. Daim bildirirdik ki, təsdiq olunmuş sərfiyyat normaları real normalardan 3,5 dəfə artıqdır.

- Bunu necə sübut etmək olar?

- 6 il bundan öncə bizim hesabladığımız sərifiyyat normalarını keçən il hökumət də təsdiq edərək, bu həddə endirdi. Məsələn, samovar tipli «kalonka»lar izolyasiya olunmamış evlərdə quraşdırılanda ayda onlar üçün sərf normaları 700-800 kub\\metrə qədər nəzərdə tutulurdu. Buna uyğun da borc hesabları aparılırdı. Lakin sonuncu təsdiq olunmuş qərara görə, saycağ olmayan şəraitdə aylıq sərfiyyat 200 kub\\metrə düşüb. Halbuki, biz bunu 6 il əvvəl deyirdik.

- O zaman arada «itən» 500-600 kub\\metrlik qaz indiyədək necə gizlədilirdi?

- Göstərilən xidmətlərə görə hesabatın aparılmasına bu cür «təsdiq olunma» şərait yaradır. Real sərfiyyatla təsdiq olunmuş norma arasındakı fərq göstərilməyən xidmətlərə görə borcun istehlakçıdan tələb olunmasına geniş imkan yaradır. Bunu dolayı yolla göstərilməyən xidmətlərə görə ödənilmiş vəsaitin mənimsənilməsi də adlandırmaq olar. Faktiki əhali real 200 kub\\metr qaz istifadə edirdi, 500-600 kub\\metr qaz isə harasa sərf olunurdu. Aydındır ki, bu uça bilməz. Deməli, əhalinin istifadə etmədiyi, amma pulunu ödədiyi qaz qeyri-qanuni satılırdı. Burada ikiqat mənimsə görünür. Amma 2009-cu ildə bununla bağlı heç bir cinayət işi qaldırılmadı.
İndisə hüquqpozmaların istiqaməti dəyişib. Məndə bununla bağlı faktlar və xeyli sənədlər var. Həmin işlərdən biri budur ki, 5 il bundan əvvəl vəfat etmiş istehlakçının mənzilində sayğac var. Bu sayğac 2006-ci ildə həmin şəxs sağ olarkən quraşdırılıb. O vəfat edərkən sayğac göstəricisi 58 kub\\metrdir. İndi də çöldə quraşdırılan sayğaca baxanda bu rəqəmi açıq görmək olur. Kommersiya şöbəsində isə həmin qadının qeydiyyata alınmış saycağ göstəricisi 1150 kub\\metri keçib. Bu qeydiyyatın saxta olmasına dair məndə şəkillər də var. 5 il ərzində orada heç bir yaşayış olmayb. Qaz idarəsi bunu nəzarətçinin səhvi hesab edə bilər. Amma bu müddət ərzində nə qədər nəzarətçi dəyişib, amma o rəqəm ildən-ilə artıb. Deməli, qazı bu yollarla itkiyə hesablayıb, silirlər. Bunlar xalqın canı, qanı hesabına büdcə vəsaitlərinin mənimsənilməsidir.
Daha sonra bildirmişdik ki, abonentlərə qarşı şər-böhrtanların sayı artacaq. Artıq bu proqnoz da özünü doğruldur. İndi sayğaclara guya müdaxilə edilməsi ilə bağlı aktların sayı artır. Bir xanımın məhkəmə işini aparıram. O, Nərimanov rayon sakinidir. İstiliklə təchiz olunmuş binada yaşadığından, elektrik enerjisindən çox da istifadə etmir. Yalnız 1 ədəd 4 gözlü qaz sobası işlədir. Onların aylıq qaz sərfiyyatı 25-30 kub\\metrdir və həmişə də ödənilir. 2010-cu iln yanvar ayında nəzarətçi qapını döyərək bilidirb ki, sayğacın möhürü qırılıb. Ev sahibi yaşı 70-ə yaxın olan y qadındır. Xanım həmin dəqiqə qaz idarəsinə zəng edib, qapıya çıxarkən nəzarətçinin möhürü də götürüb getdiyini görür. 10 ay qaz idarəsinə mütəmadi müraciət edib ki, gəlib möhürləsinlər. Nəhayət dekabr ayında gələrək, demontaş aktı verərək sayğacı aparıb, yenisini quraşdırıblar. Guya köhnə sayğac ekspertizaya göndərilib. Ekspertiza sayğacın daxili mexanizminə deyil, möhürünə müdaxilə olunması ilə bağlı rəy bildirib. İndi illərlə işlətmədiyi 1080 kub\\metr qazın pulu guya itirilmiş enerjiyə görə və yeni sayğacın dəyərinə görə tələb olunur. Hardasa 210 manat cərimə təyin olunub. Təqaüd hesabına dolanan vətəndaşlar üçün bu, böyük rəqəmdir.
Bütün bunlar büdcə hesabına silinən 323 milyon manatın nə qədərinin real, nə qədərinin qeyri-qanuni olduğunu göstərir.


«Azərsu»da şok maxinasiya

- Əhalinin suya olan borcu da az deyil. Hətta prezident də onların düzgün hesablanmadığını deyir…

- Eyni vəziyyət «Azərsu»da da hökm sürür. Bu sahədə də qəbul olunan normativlər həddən artıq çoxdur. 2007-ci ildə adambaşına sərfiyyat 6 kub\\metrə, 2011-ci ildə qiymətlər qalxanda isə 5 kub\\metrə endirilirdi. Bunlar şişirdilib. Sutkada evlərə bir-iki saat su verilirsə, ayda bu qədər su sərf edilə bilməz. Sadəcə, bununla hesablanmış borcların məbləği artır.
«Azərsu» nəzarətçilərinin qapı-qapı qəbzlə yığdığı pulların böyük bir hissəsi mənimsənilir. Məsələn, bir fakt göstərim. Apardığımı məhkəmə işlərinin birində «Azərsu» istehlakçıya qarşı iddia qaldırıb. Bu zaman məlum oldu ki, illər uzunu istehlakçı üçün qeydiyyatda olan ailə üzvlərinin sayına görə deyil, artan, amma qeydiyyatda olmayan və orada yaşamayan ailə üzvlərinin sayına görə hesabat aparılıb. Sayğac olmadığından, belə özbaşınalıq yaranıb.
Bundan əlavə dəfələrlə üzə çıxarmışıq ki, istehlakçı abonentdən başqa pul alıb qəbz verib, qeydiyyata başqa rəqəm düşüb. İnsanlar hər ay sənədlərini yoxlamaq iqtidarında deyil axı? Həmin məhkəmə işində aşkara çıxardıq ki, istehlakçının təqdim etidiyi ödəniş qəbzlərindən 6-sı ödəniş və hesabatın aparlıması ilə olan sənədlərlə uyğun gəlmir. Vidkart deyilən anlayış var. Bu, illər üzrə borcun hesabatını göstərən kompüter açıqlamasıdır. Burada abonentin 6 qəbzindən 2-nin pulu, ümumiyyətlə, mənimsənilib. Digər 4-də isə qəbzin əslində bir məbləğ, surətində isə başqa məbləğ yazılıb. İstehlakçının bundan necə xəbəri ola ilər? Ona görə də «Azərsu» bildiriş göndərəndə 1997-ci ildən bəri olan borcları tələb edir. Sual oluna bilər ki, 14 il ərzində adıçəkilən qurum hara baxırdı?
Mülki Məcəlləyə görə son 3 ildə olan maliyyə xarakterli predmet mübahisələndirilə bilər. Ona görə də borclar silinərsə, son 3 ildə yılığan haqlar nəzərdə tutmalıdır. Əgər bu, dövlət büdcəsi hesabına həyata keçiriləcəksə, o zaman 2-3 qat ödənişin qarşısı alınmış olacaq. Əgər öncəki illərin də borclarının silinməsi nəzərdə tutulursa, o zaman yoxlamalar aparılmalıdır. Bütün abonentlərin qəbzlərini bir-bir yoxlamaq çətin prosesdir. Ona görə də ən əlverişli variant son 3 ilin yığılıb qalan xidmət haqlarının silinməsidir.

Vüsalə RÜSTƏMOVA
Bizim Yol

Hiç yorum yok:

Yorum Gönder