Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

30 Mart 2011 Çarşamba

TRT 1918-ci il hadisələrinə aid film çəkib


Çərşənbə günü Türkiyənin Azərbaycandakı səfirliyində ermənilərin XX əsrdə Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlərə həsr olunmuş “Nə üçün qətl edildik?” adlı sənədli filmin təqdimatı keçirilib.
Film Türkiyənin “TRT” telekanalı tərəfindən arxiv filmləri və fotomateraillardan istifadə etməklə çəkilib. Filmdə Nuri Paşanın komandanlığı altında Türkiyə ordusunun xilaskar rolundan geniş söhbət açılır.

Təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib ki, türk milləti dözümlüdür və heç vaxt yalana göz yummayıb. Keçmişdə olduğu kimi, Türkiyə Azərbaycanın yanında olub və olacaq.

Təbirdə həmçinin millət vəkilləri, KİV nümayəndələri də iştirak ediblər.

* 1918-ci ilin martında erməni silahlı birləşmələri Bakıda və ətraf qəsəbələrdə 10 mindən çox azərbaycanlını qətlə yetiriblər.

Hiç yorum yok:

Yorum Gönder