Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

30 Mart 2011 Çarşamba

Qarabağ Tarixi və Coğrafyası


-Qədim torpaqlarda Azərbaycan tarixinə nəzər saldığımız zaman, Arrata (Alataye-Altay, qədim tarixi qaynaqlarda rast gəlinən ad.)dönəmindən etibarən dövlətçilik ənənəsi qoyulduğunun, yönətimin isə etnik olaraq bir neçə dəfə əl dəyişdirdiyinin şahidi oluruq.
Qarabağ ərazilərində ilk yaşayan insanların tarixi 300 min ildən daha keçmişə getdiyi üçün, Atropatena və Albaniya dövlətlərinin tarixindən qarqarların yaşadığı ərazilər olduğunu öyrənə bilmişik. Günümüzdə "Qarqar" çay adı olaraq, Qarabağda "yaşamaqdadır". Tarixçilərin araşdırmalarından məlum olur ki, ərazilərin adı zamanla dəyişmiş olsa da, Qarabağ torpaqlarının etnik tərkibi çox qədim zamanlardan, azərbaycanlılardan ibarət olmuşdur. Dünyanın ən qədim insanının arxealoji qazıntılar zamanı Azıx mağarasından tapılması və ortaya çıxan kəllə sümüklərinin ermənilərə məxsus olmaması da bir faktdır.

-"Kitabi Dədə-Qorqud"-un ( Dillerde əzbər olan dastan, XI-XII-ci əsrlər, yaxud daha əvvəllər yazılmışdır.) əvvəlində hadisələrin Üçoğlan və Bayat ərazilərində cərəyan etdiyi qeyd edilir. Üç oğlan Ağdam şəhərinin kəndlərindən biri, Bayat isə Ağcabədi rayonunun cox qədim tarixə şahidlik etmiş, Qarabağ xanı Pənahəli xanın 1774-cü ildə tikdirdiyi qalaya sahib, bir neçə kurqanlarıyla məhşur olmuş kəndlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Avropalı, Asiya torpağının ona məxsus olmasına necə iddia edə bilər?

-Oğuz elinin tarixdə Türk axını kimi bilinən, sürətlə dünyanın yarısına necə hökm etməyə başladığını bilirik, yalnız bizim torpaqlara iddia edənlər bir fikri durmadan təlqin etməyə çalışırlar ki, guya bizim Azərbaycan torpaqlarına gəlişimiz məhz eyni zamana təxmin edir. Əsla bu fikr doğru deyil və çox məntiqsizdir. Coğrafi baxımdan Qazaxıstan Azərbaycana həm dəniz, həm də, quru yoluyla birləşir. Yəni əcdadlarımızın ata yurdlarının iki addımlığında yerləşən münbit torpaqlara daha əsgi zamanlardan yerləşməsi şəksizdir. Avropa xalq ailəsinə məxsus ermənilərin; Avropa qitəsindən Asiyaya axın etməsimi, yoxsa Orta Asiyalının, yəni azərbaycanlının Asiyada ilk öncə yerləşməsi inandırıcıdır?

Azərbaycan adının, Atropatena adından -ərəb ağzıyla səslənişindən doğduğunu iddia edirlər. Bəs Qarabağ adının hansı tarixdən qaynaqlandığını, anlamının nə olduğunu bilirikmi?

-Midiya hakimiyyətini ələ keçirən Bariaks adlı bir nəfəri yaxalayaraq Makedoniyalı İsgəndərə verən "Atropat" Aleksandırın güvənini qazanır və qızını makedoniyalıların süvari lideri Perdikkiyə ərə verərk, Atropat dövlətini qurur. Eyni tarixdə ortaya çıxan Albaniya dövlətiylə etnik bağların dərin olması səbəbindən iki dövlət arasında heç bir zaman savaş çıxmamasına rəğmən, indiki Qarabağ, xüsusən Zəngəzur mahalı gah Qafqaz Albaniyasının, gah da Atropatena dövlətinin ərazisi olmuşdur. Qarabağa ilk olaraq işğal niyyətiylə məhs bu illərdə erməni qəsbkarlığı başlamışdır. Bu dönəmlərdə, Azərbaycanın "70 vadisi" çox qısa müddətlik işğala məruz qalmışdır ki, bu ərazilərdən biri indiki Qarabağ torpağının bir qismidir. Qarabağ etnik olaraq azərbaycanlılardan 90%, albanlardan 9% və digər xalqlardan yalnız 1% tərkibə malik idi. İşğaldan qurtulmaq üçün yardıma ehtiyacı olan torpağa verilmiş adın eyni illərə təsadüf etdiyi deyilir və tarixin yazdığına görə Qarabağ deyil, Karabağ olaraq ifadə edilmişdir. Kara və bağ yalnız bizim dilimizə ait kəlimələrdir. Bağ "birlik"-"birləşmə" anlamını, "kara" isə "çevrəsi bağlı" bir ərazi, yaxud "yoğunluq"-"böyüklük" anlamını əks etdirir. Azər, adının avropalı dilinə yatmadığı və döyüşçü, sərkərdə olması səbəbiylə ad başlanğıcı hərflərinə uyğun olaraq da "Atropat" ləqəbini almış, ona aid olan ərazilərinsə Atropatena (Atropatın torpağı) olaraq tarixə keçmişdir. Məhs Qarabağın Azərə aid olmayan sərhədlərdən kənarda qalması, oraya "kara"-"bağ" adının xalq tərəfindən verilməsinə səbəb olmuşdur. Bu ara kiçik bir haşiyəyə çıxaraq dilçilərimizin söylədiyini təkrar etmək istəyirəm ki, "Azəri" Farscadır və son hərf bizim dilimizə aid deyildir. Azərbaycan adının isə ərəb ağzına heç bir aidiyyatı yoxdur. Azər, Bay, Can. Adımızın hər üç hecasının hərfi mənasını izzah etməyə gərək bilmirəm. Əlavə olaraq qeyd edim ki, Azər adı, qədim adlarımızdan biridir və günümüzdə geniş yayılmışdır. Tarixi qaynaqlardan eyni ada Manna Dövlətin dövründə rast gəlinir. Manna dövləti hökmüdarı oğullarından birinin ismi Aza olduğu halda, müxtəlif ləhcə, şivə və dillərdə səslənən Azər, Azar, Azer adını ərəb ağzında niyə axtardıqlarını anlamaq mümkünsüzdür.



Ermənilər kimdir və Qarabağa iddiaları haradan qaynaqlanır?



-Qədim yunan tarixinə diqqət yetirdiyimiz zaman, aydın şəkildə görünür ki, erməni xalqı indiki İtaliya və Yunanıstan ərazilərində yaşamış, Barbar olaraq tanınan xalqlardandırlar. Barbar kəliməsi yunancadır və qarşılığı "yunan olmayanlar" deməkdir. Yunan olmayanlar mərkəzi hökumətlərə tabe olmur, kənd və şəhərlərə basqınlar düzənləyir, qarşılarına çıxan insanları misilsiz işgəncələrə məruz qoyur, ayaq basdıqları hər tərəfi yandırıb kül edirdilər. Bu səbəblərdən "barbar" ifadəsi "yunan olmayanlar" mənasını itirərək, başqa dillərə görə, "vəhşi xalqlar" olaraq tanınmağa başlayırlar. Ən yeni tariximizdə Quşçular, Meşəli və s. kəndlərimiz, Xocalı, Şuşa kimi şəhərlərimizdə insanları məscidlərə dolduraraq yandırmaları, bütün tarixi abidələri sökmələriylə, ermənilər öz tarixi əcdadlarının yaşam tərzini davam etdirdiklərini ortaya qoyurlar.

-Yunanlılardan qaçmağa məcbur qalan ermənilər, bizim torpaqlara doğru geri çəkilir. Özlərini təkrardan toplayaraq, Parfiyalılarla döyüşə girən ermənilər məğlub olur, şahzadələri əsir götürülür və uzun illərdən sonra e.ə 95-ci ildə müttəfiqlik qarşılığında Ermənistan dövlətinin qurulacağı sözü verilərək, Atropatena dövlətinə qarşı istifadə edilir. Buradan çıxan nəticəyə göre arxasında Parfiyalılar və avropalılar duran Tiqran, bir növ qurban seçilir. Azərbaycanın qədim torpaqları üzərində erməni dövlətinin qurulacağını vəd edən avropalılar, bizlərə qarşı dünyanın ən vəhşi millətindən istifadə edir. Vəhşilərin Qarabağa yürüyüşü zamanı Qarabağ, Albaniya dövlətinin tərkibində olmuşdur. Atropatena qısa zaman içərisində Tiqrana layiqli cavab vermiş, qarşısına çıxan Assuriya, Parfiya ordularını məhv edərək, ermənilərin yenicə başlamaqda olan dövlətçilik xəyallarının üzərindən xətt çəkməyə səbəb olmuşlar. Atropatenayla savaşlarda gücünü itirən ermənilər, daha sonra romalılara məğlub olmuş və tarixlərində sadəcə ötən esrin başlanğıcında Azərbaycan torpaqlarına Suriya, İran, Türkiyə və Rusiyadan sürgün edilmiş ermənilər, Ermənistan dövlətini qura bilmişlər. Bəzən ermənilərin italyanlara, yunanlılara və fransızlara heç bir kökən bağlılığı olmamasına rəğmən, eyni millət olduqları söylənilməsi doğru deyil. Bele ki, soyumuzun gücü qarşısında çarəsiz qalan Barbarlar, özlərini "masqalayaraq" Fransa, İtaliya və Yunanıstana qaçmış, vəhşiliklərindən dolayı cəzalandırılacaqlarını bildiklərindən, öz etnik kimliklərini gizlətmişlər. Azərbaycan ərazilərinə, yəni Qarabağa daha 100 il əvvəldən köç etməyə başlamaqlarına rəğmən, cənnət diyarı, tarixən onların yaşadığı və onlara aid olduğunu utanmadan demekdən çəkinmirlər. Orta əsrlərdən etibarən, Səlcuqludan başlayıb, xanlıqlara qədər bütün illərdə Qarabağ, Azərbaycanın bir parçası olaraq xəritələr üstündə dünya arxivlərində var. Onların əməli olaraq tarixə möhr kimi vurduqları abidələrdən biri, Qarabağın Tərtər şəhərində, 1975-ci ildə ermənilərin Qarabağa məskən salmalarının 100 illik şərəfinə ucaltdıqları abidədir.

Qarabağ, Güneylə-Quzeyin tam mərkəzində, Azərbaycan Respublikasının qərb bölgəsində yerləşir.

-Qarabağ, Azərbaycanın tam mərkəzində, müstəqil Azərbaycan Respublikasının qərb bölgəsində yerləşir. Dağlıq və dağətəyi ərazilərə malik olan bölgə, dünyanın ən zəngin təbii sərvətlərinə və iqliminə malikdir. Bəylər dönəmində sərhədləri elan edilən Qarabağ, Göyçə gölündən-Sınıq körpü (Krasnıy most) Köşbək, Salvartı və Ərikli dağları boyunca, Kür və Araz çaylarının qovşağında yerləşir. Adını çəkdiyimiz dağlar, Qarabağ dağları kimi tanınır. Əsgidə Gəncə şəhərinin Qarabağ xanlığına ait olduğunu nəzərə alsaq, Xanlar rayonu boyunca, Kəlbəcər yurduna qədər ən soyuq ərazisi Murov-dağdır.

XVII-ci əsrin sonlarına, XVIII-ci əsrin ortalarına doğru Azərbaycan feodal dövlətlərə parçalandı və nəticədə Azərbaycanın dörd bəylərbəyliyindən biri olan Qarabağ bəylərbəyliyi, Qarabağ və Gəncə xanlıqlarına bölündü. Son iki yüz il ərzində ərazisi qarış-qarış işğal edilən Azərbaycanın Zəngəzur bölgəsi də, Qarabağ bəylərbəyliyinin tərkib hissəsidir. Azərbaycan 1920-ci ildə rus bolşevikləri tərəfindən işğal edildikdən sonra, Qarabağ bəylərbəyliyinə ait Zəngəzur mahalı, Göyçə və digərləri kimi ermenilərə verilmişdir. Azərbaycan və azərbaycanlılar Qarabağ torpaqlarının işğaldan azad edilərək, ərazi bütövlüyümüzün təmin edilməsini istəyirlər. Lakin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün 12 şəhər və rayonun adı çəkilir, lakin sırf Qarabağa bağlı olan Zəngəzurun adı çəkilmir. Qarabağ bizi özlərinə düşmən seçənlərdən tam tərkibiylə geri istənilməli və yaxud azad edilməlidir ki, Zəngəzur yoluyla Naxçıvana olan quru yolumuz bərpa edilmiş olsun.

P.S. Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında İsgəndərin həyatından, hərbi səfərlərindən, fəlsəfi görüşlərindən bəhs edilir, poemada onun Bərdə hakimi Nüşabə ilə görüşü də təsvir olunur. Qarabağ şəhəri Bərdə, Amazonların (qadınların iqtidar olduğu dövr) mərkəzidir. Amazonlar haqqında çoxlu rəvayətlər, kitablar, filmlər və cizgi filmləri olmasına baxmayaraq, heç bir halda nə Bərdə şəhərinin, nə də ki, onun hakimi Nüşabənin adı çəkilmir. Gələcək yazılarda həm hakim Nüşabə, həm də, digər görkəmli şəxslərimiz haqqında daha çox bilgi edinə biləcəyik.

Hiç yorum yok:

Yorum Gönder