Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

23 Şubat 2011 Çarşamba

Nazir: “Qəddafini öldürəcəklər”

Liviya diktatoru Müəmmar Qəddafi intihar edə bilər. Ölkənin istefaya gedən və bu gün səhər qaçırılan daxili işlər naziri Adel Fatah belə deyib. Hökumət əleyhdarlarının tərəfinə keçən sabiq nazir deyib ki, ötən gün Qəddafinin xalqa müraciətini dinləyənlər onun çarəsiz olduğunu anlayıb.
“Qəddafi olduqca həyəcan keçirir, amma o, heç vaxt istefaya getməyəcək. Qəddafi ya intihar edəcək ya da onu öldürəcəklər”,- deyə nazir bildirib.

Daxili işlər naziri Qəddafini şərəfsiz adam adlandırıb. O, Liviyadakı nümayişlərin başlanmasına iki həftə qalmış Qəddafini islahatların keçirilməsinə inandırmağa çalışdığını da deyib: “Ölkədə işsizliyin, xüsusilə də gənclər arasında geniş vüsət aldığını dedim. Amma o, məni eştimək istəmədi”.

Hiç yorum yok:

Yorum Gönder