Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

29 Mart 2011 Salı

AKP iqtidarı anti-türkçü keşişə sahib çıxdı

Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) icazəsiylə İstanbula gətirilən Türk düşməni olmuş keşişin sümükləri təşkil edilən böyük mərasimlə torpağa verildi.
Ayini idarə edən Fənər Keşişi Bartholomeos, AKP-yə təşəkkür etdi
Türk düşməni keşişin sümükləri mərasimlə basdırıldı


Ulu Öndər Kamal Atatürkün, "fəsad və xəyanət yuvası" olaraq elan etdiyi Fənər kilsəsinin, 1925-ci ildəki mübadilə əsnasında Yunanıstana göndərdiyi keşiş 6-cı Konstantinin sümükləri 86 il sonra gətirildiyi İstanbulda basdırıldı. AKP iqtidarının verdiyi xüsusi icazə ilə Türkiyəyə gətirilən keşiş Konstantinin sümükləri üçün, Fənər kilsəsi və Balıqlı Rum Kilsəsində ayinlər təşkil edildi. Fənər kilsəsindəki bazar ayini sonrası Fənər Rum keşişi Bartholomeos, Konstantin Araboğlunun özgeçmişi barəsində bir nitq söylədi. Kilsədəki ayinin ardından keşiş Konstantinin sümükləri gətirildiyi Balıqlı Rum Kilsəsindəki keşiş qəbiristanlığında basdırıldı.

Patriarx Bartholomeos: “Hökumətə minnətdarıq”

Mövzunu şərh edən Patriarx Bartholomeos: "Rəhmətlik sələfim 6-cı Konstantinos mübadil olaraq 1925-də ölkədən çıxarıldı, Yunanıstana göndərildi. Beş il yarım orada yaşadıqdan sonra vəfat etdi, Afinada basdırıldı. Biz Patriarxiyada, Sinod Məclisimizin qərarı ilə onun sümüklərini İstanbula geri gətirib, xələfləri və sələfləriylə birlikdə bu monastırda, gördüyünüz kimi dəfn etməyə qərar verdik. Hörmətli hökumətimizin (Ərdoğanın), Türkiyənin əlaqədar rəsmilərinin icazəsiylə bunu reallaşdırdıq. Onlara minnətdarlığımızı, təşəkkürlərimizi ifadə edirik. Bu bizim üçün dini bir borc olaraq reallaşdırılmış oldu. Bu gün bu vəzifəmizi ifa etmiş olduq" - deyə danışdı.

Gərginlik yaşanmışdı

Keşiş 6-cı Konstantin 17 dekabr 1924-cü ildə Fənər kilsəsindəki seçkidə yeni patriarx seçildi. Ancaq bu vəzifədə yalnız 43 gün qala bildi. Türkiyə, Konstantinin Lozanna müqaviləsindəki hər iki ölkədəki milli azlıqların mübadiləsi maddəsinə əsasən 30 yanvar 1925-ci ildə polis müşayiətində Sirkəçi stansiyasından Afinaya getmək üzrə qatara mindirildi. Keşiş Konstantinin qovulmasına o dövrdə Türkiyə əleyhinə bəyanatları əsas olmuşdu. Keşiş Konstantin Türkiyədəki yunan və xristian əhaliyə ərazi muxtariyyətinin verilməsini tələb edirdi, Atatürkü Türkiyədəki yunanlara münasibətdə intiqam və sıxışdırma siyasəti yeritməkdə suşlayırdı. Yunanıstan Türkiyəyə verdiyi notalarda göstərirdi ki, keşinin qovulması "mübadilə çərçivəsindən” kənar və qanunsuzdur. İki ölkə əlaqələrində bir müddət ‘keşiş gərginliyi' yaşanmışdı.



Kərim Fikrətoğlu
“Millətçilik” qəzeti 19 mart 2011-ci il 11 (125)

Hiç yorum yok:

Yorum Gönder