Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

29 Mart 2011 Salı

Qərbin bizə rəğmən ədaləti...


7 ildən çoxdur ki, Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə... Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.

İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi... 3 ildən sonra azadlığa buraxıldı.
Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.

Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi. Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri - 1992-ci il Xocalı soyqırımı Ramilin, necə dəyərlər “həmyaşıdıdır”. Bundan basqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? İki və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, Vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əfv etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???



Xanıməfəndi Əliyeva

Hiç yorum yok:

Yorum Gönder