Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

22 Ocak 2011 Cumartesi

Güney Azərbaycanda yerli əhali işə cəlb edilmir

 Güney Azərbaycanda işsizlərin sayında olan artım daha da sürətlənib. Buna səbəb Azərbaycanda yerli əhali deyil fars və kürd millətinə mənsub insanların yerləşdirilməsi və işə cəlb olunmasıdır.

Fars və kürd millətinə mənsub insanların Azərbaycana köçürülüb və işə cəlb edilməsi o halda baş verir ki, milyonlarla azərbaycanlı (ziyalı, iş adamı, ali və orta təhsilli mütəxəssis, mühəndis, sadə işçi və ...) işsizlik ucbatından öz ana vətənini tərk edib və İranın başqa şəhərlərində sakinləşirlər. Bu şəkildə Azərbaycan yerli əhalidən boşalır və onların yerini əsasən radikal kürdlər tutur.

Problem bununlada bitmir. Əslində Azərbaycanda yaranan işsizlik problemi bu prosesin yan (canibi) məhsuludur. əsas məqsəd Azərbaycanın demoqrafik durumunu dəyişmək və Azərbaycan torpaqlarına olan iddiaların sayını artırmaqdır.

Azərbaycana köçürülən kürd millətçiləri PKK-nın göstərişi ilə bu gün azərbaycanlıların işini əlindən alır sabah isə torpağını almağa qalxacaq. Bu sadəcə bizim öngürümüz deyil.

PJAK terror təşkilatının Azərbaycanda apardığı əməliyyat, PJAK tərəfdarlarının morfin qaçaqmalçılığı yolu ilə əldə etdikləri gəlir radikal kürdlərin şüurlu şəkildə Qərbi Azərbaycana köçürülmələrinə xərclənir. Bölgənin yaxın tarixinə, onun dünən və bu gün ki demoqrafik durumuna bələd olan soydaşlarımız sözün əsl mənasında nədən getdiyini yaxşı bilirlər.

Urmuda əsasən demoqrafik durumu dəyişmək məqsədi ilə həyata keçirilən siyasətdə bir çox dövlət idarəsi xüsusi ilə Banklar azərbaycanlılardan boşalır və onların yerini PJAK yandaşları kürdlər alır.

Zəncan, Qəzvin, Ərdəbil və Təbriz kimi şəhərlər də rahat buraxılmır. Qeyd etdiyimiz şəhərlərin idarələrində gündən günə fars millətinə aid olan şəxslərin sayı artmaqda və yerli azərbaycanlıların sayi azalmaqdadır.

İki gün öncə Binab şəhərinin iş və ictimai məsələlər üzrə idarəsinin məsulu bölgədə yatırım yatırmaqla bağlı keçirilən iclasda regionun yatırım yatırmağa müsaid olduğunu və geniş potensiyala malik olduğunu bildirib. O bəyan edib ki, sənəti şəhərciyin əlverişli şəraiti, elektrik stansiyası (niruqah), zərinərud çayının intiqalı, şəhər qazı, dəmir yolu və daşımacılıq marşrutu (məsir) və ... yatırım (sərmayə) yatırmaq üçün əlverişli şərait yaradır. Həmçinin bir neçə sənəti mərkəzin olduğu bir halda yerli əhali işsiz qalıblar.

Hökumət rəsmisinin sözlərinə görə, yerli əhali bu vəziyyətə etiraz edirlər.



GünAzTv mətbuat mərkəzi

Hiç yorum yok:

Yorum Gönder