Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

22 Ocak 2011 Cumartesi

Özümüzün Türkçülüyümüzü qabartmalıyıq!!!

«Azərbaycan xalqı» sözü – cəfəngiyyatdır.
Azərbaycan xalqı – bir əfsanədir.
Azərbaycanın əsas köklü xalqı – Türk Xalqıdır – etnik azlıqları birləşdirən.
Azərbaycanda Oğuz Türkləri – Səlcuqun nəvələri adlanan böyük xalq var – (böyüklük əhalinin sayıyla yox – ruhaniyyatın, mədəniyyətin, tarixin, aqibətin sanbalıyla ölçülür) – Türk Dünyasının bir hissəsi var, başqa etnikləri birləşdirən.
Oğuz Türkləri olmasaydı – lahıcla kürd, kürdlə talış, talışla tat, tatla ləzgi birləşməzdi.
Azərbaycan xalqı yoxdur…
Azərbaycan sözündə xalq mənası yoxdur, mahiyyəti yoxdur, ifadəsi yoxdur.
Bu səbəbdən də təzə yaranan, tamamilə qeyri-həqiqi, siyasətbaz ideya – «vahid Azərbaycan xalqı» ideyası, «Azərbaycanda yaşayan millətlərin hamısı bir xalqdır» – ideyası çox təhlükəli siyasi oyun olmaqla yanaşı, çox açıq, çox köklü, heç bir elmi əsası olmayan, ruhani əsası olmayan bir Zorakılıqdır.
İstəyirəm azərbaycanlılar bunu indidən bilsinlər. Ocaqdan başqa bunu deyən yoxdur.
Tavtologiya yaradıcılığından əl çəkmək lazımdır.
Sovet xalqı nə dərəcədə həqiqi anlayışdırsa, vahid Azərbaycan xalqı da bir o qədər uydurma anlayışdır.
Həm uydurma, həm də təhlükəli, həm zahiri, köksüz, əsassız, siyasətbazlıq nümunəsidir.
O ki qaldı Azərbaycanda millətlərarası münasibətlərə, millətlərarası münasibətləri yaxşılaşdırmaq üçün öz türklüyümüzdən, oğuzluğumuzdan əl çəkəcəyiksə, – bu ən böyük məğlubiyyət olardı.
Azərbaycanda Oğuz Türkləri yaşayır. Oğuz Türkləri adlanan xalq – əsas, köklü xalqdır; eyni zamanda Azərbaycanda Kürd, Tat, Talış, Lahıc, Ləzgi etnik azlıqlar yaşayırlar.


Onların hər biri öz-özlüyündə bir hadisədir: – vahid xalq Azərbaycanda yoxdur…
Bir xalq var, başqa xalqların nümayəndələri var.
Ancaq Azərbaycan Oğuz Türkləri, Pribaltikadan fərqli olaraq, başqa etnoslara zülm eləmir, onlara qarşı qəddarlıq siyasəti aparmır, onları ölkədən çıxartmır, qovalamır; əksinə, onlar özlərini Azərbaycanda sərbəst hiss eləyirlər və bu sərbəstliyi yaradan da bizim fitri psixologiyamızdır, – insansevərliyimizdir.
Elə bu bəsdir ki, Azərbaycanda milli ədavət olmasın.
Buna baxmayaraq, milli ədavət olursa – o, ən çox Oğuz Türklərinin yox, etnik azlıqların günahıdır.


2. ÖLKƏ ADI – TARİXİ AQİBƏTİMİZ

 «Azərbaycan» adı bizim onsuz da mürəkkəb Aqibətimizi daha da mürəkkəbləşdirir.
«Azərbaycan» ölkə adıdır – ancaq xalq adı deyil.
Ölkə adıyla Xalq adı arasında Ziddiyyət var.
Ölkəmizin adında bir mücərrədçilik var.
Fransa deyiləndə bilirsən ki, onun əsas xalqı fransızlardır.
Türkiyə deyiləndə bilirsən ki, onun əsas xalqı Osmanlı türkləridir.
Rusiya deyiləndə bilirsən ki, onun əsas xalqı ruslardır və s.
Amma «Azərbaycan» deyəndə belə bir tamamilə mənasız və mahiyyətcə ləyaqətsiz ideyalar üçün imkan yaranır: – bütün Azərbaycanda yaşayanların hamısı Azərbaycan xalqıdır. Belə bir qondarma ideyanı camaatın gözünün qabağında yaradırlar və ölkə adının mücərrədçiliyi buna müəyyən mənada imkan verir.
Təbiidir ki, Azərbaycan Oğuz Türklərinin ölkəsidir.
Azərbaycan – Türk Elidir.


3. SABAHIMIZ – YURDÇULUĞUMUZ

Sabahımızı Yurdçuluğun Qələbəsiylə bağlayıram.
Yolumuz – Yurdçuluq olmalıdır.
Bu nə deməkdir?
Yurdumuzdakı bütün millətlərə hörmət eləməliyik.
Pribaltika variantına getməməliyik.
Eyni zamanda, Yurdumuzun Bənzərsizliyini, Özünəməxsusluğunu daim qabartmalıyıq.
Özümüzün Türkçülüyümüzü qabartmalıyıq.
Kim ki, elə hesab eləyir ki, bundan sonra bizə qarşı hörmət azalacaq – o, səhv eləyir.
Özünə lazım deyilsənsə – kimə lazımsan?
İndikilər çoxmillətli xalq ideyasından yapışmaqla – bizim Türkçülüyümüzü, Özümlüyümüzü, Oğuzluğumuzu danmaq istəyirlər.
Beynəlmiləlçilik psixologiyasını təzədən bərpa eləmək istəyirlər.
Bəli, «köhnə Yurdçular» məğlub oldular.
Lakin kim ki, Yurdçuluq İdeyasından – Türkçülük İdeyasından əl çəkir və indi çoxmillətli Azərbaycan xalqı uydurur, onun Azərbaycana verdiyi Xeyir Yalançı  Xeyirdir;  bu, dəhşətli ziyandır; O Ziyana qarşı bütün xalq Döyüşməlidir.

Hiç yorum yok:

Yorum Gönder