Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

22 Ocak 2011 Cumartesi

"Robert Koçaryanı əlində avtomat Azərbaycana qarşı vuruşan görmüşəm"


Qarabağda SSRİ qoşunlarına rəhbərlik etmiş rus generalı həqiqətləri açıqladı

Henrix Maluşkin: Robert Koçaryanı əlində avtomat Azərbaycana qarşı vuruşan görmüşəm
 
Dağlıq Qarabağda SSRİ qoşunlarına rəhbərlik etmiş rus generalı Henrix Maluşkin xidmət dövründə ermənilərin azərbaycanlılara qarşı etdiyi hücumların təfərrüatlarını açıqlayıb. Maluşkin SSRİ rəhbərliyinin erməniləri müdafiə etdiyini deyib.


"1990-91-ci illərdə I Qarabağ müharibəsi zamanı keçmiş Ermənistan prezidenti Robert Koçaryanı əlində avtomat Azərbaycana qarşı vuruşan görmüşəm", deyə SSRİ-nin Dağlıq Qarabağdakı qoşunlarının komandanı general Henrix Maluşkin bildirib.

Henrix Maluşkin Dağlıq Qarabağ münaqişəsində tək günahkarın SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun olduğunu deyib: "Qorbaçov Qarabağda ermənilərin azərbaycanlılara qarşı etdiklərinə baxmayaraq, onlara bir dəfə olsun xəbərdarlıq etməyib".

O, Qarabağda azərbaycanlıların onlara qarşı yaxşı davrandığını, yalnız ermənilərin sovet əsgərlərini də öldürdüklərini deyib.

“Qarabağda komandan olduğum vaxtda ermənilər 8 sovet əsgərini öldürdülər. Öldürülənlərdən biri Oleq Babak idi. O, Qubadlının Yuxarı Cıbıxlı kəndində azərbaycanlılara hücum edən ermənlərin qarşısına çıxdığı üçün öldürüldü. Ancaq bu məsələlərə sovet rəhbərliyi reaksiya vermirdi. Öldürülən əsgərlər orada dəfn olunurdu. Ermənilər silahları Ermənistanda olan SSRİ-nin hərbi birliklərindən alırdılar. O vaxt elə hücumlarda iştirak edənlər arasında universitet tələbələri çoxluq təşkil edirdi. Onlara bu işə görə çoxlu pul verirdilər”, - deyə Henrix Maluşkin bildirib.

General Henrix Maluşkin erməniləri həbs etdikləri təqdirdə belə Moskvadan onlara zəng gəldiyini və tutulanları dərhal azad etdiklərini deyib. Onun sözlərinə görə, belə əmrlər adətən SSRİ-nin Daxili İşlər Nazirliyindən gəlirdi.

Hiç yorum yok:

Yorum Gönder