Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

25 Ocak 2011 Salı

Daha bir XƏYANƏT!!! – İranda (Ermənistanın lehinə - Azərbaycanın əleyhinə) yeni sayt açılıb

İranda Ermənistan-Azərbaycan münaqişəsini, Qarabağ həqiqətlərini təhrif edən farsdilli sayt yaradılıb. 
GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, “Garabagh.org” adlı həmin saytda “azərbaycanlıların erməni əhalisini qırğına məruz qoymasını” əks etdirən materiallar təqdim olunur.

Saytın bölümlərinin birində 1992-ci ildə 600-dən çox azərbaycanlının öldürüldüyü Xocalı qırğını – 26 fevral soyqırımı Azərbaycanın boynuna yıxılır. Yazıda hadisənin o dövrkü Azərbaycanda siyasi rəqabətlər nəticəsində baş verdiyi iddia olunur, hakimiyyətdəki bəzi qüvvələrin bununla da Azərbaycan prezidenti Ayaz Mütəllibovun istefaya göndərilməsinə zəmin yaratdığı vurğulanır.

“Panarmenian.net” in məlumatına görə, “Garabagh.org” saytı İrandakı erməni icmasının dəstəyi ilə açılıb.
Qeyd edək ki, “Panarmenian.net” saytı İran rejimi və mətbuatına öz yaxınlığı ilə tanınır.

Hiç yorum yok:

Yorum Gönder