Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

24 Ocak 2011 Pazartesi

Bu dəfəki quyu çox dərin oldu…


Serj özünü elə duruma salıb ki, onun gününə dost da acıyır düşmən də



Bu gün Ermənistan rəhbərliyinin yürütdüyü «siyasət» həm müttəfiqqlərini, həm də qeyri-müttəfiqlərini çaş-baş salıb. Onsuz da dünyada dəyişkən mövqeyi ilə mənfi imic qazanan toplum rəhbəri, son vaxtlar qazdığı quyunun dərinliyini heç nəzərə almayıb. Serj özünü elə duruma salıb ki, onun gününə dost da ağlayır, düşmən də. Bütün zamanlarda kənardan göstəriş və diqqtə ilə idarə olunan Ermənistan yürütdüyü «çoxşaxəli siyasət» nəticəsində bu «səadətdən də» məhrum olub. Belə ki, artıq heç kəs ipinin üstünə odun yığılması mümkün olmayan bu topluma və onun rəhbərinə ürək qızdırmır.  Çünki erməni «başbilənləri» dünyada dəyişkən mövqeyi ilə, dediyi sözü danmaqla olan-qalan inamı da itiriblər. Dəfələrlə şahidi olmuşuq ki, toplum rəhbərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə dair hər-hansı danışıqlarda razılığa gəlsələr də, müəyyən vaxtdan sonra fikrirlərini dəyişmiş, «böyük səhvə və yalnışlığa» yol verdiklərini deyiblər. Bu da, bir dövlət kimi Ermənistanın heç zaman müstəqil fikir yürütmədiyini və ciddi siyasət aparmadığını göstərir. Siyasi ekspertlər tərəfindən Ermənistanın beynəlxalq və regional siyasəti, başqa sözlə, Qərb və Rusiya üzrə ayrı-ayrılıqda siyasəti polyar ziddiyyətlərlə xarakterizə olunmuşdur. Siyasətçilərin fikrincə, dəyişkən və «köksüz» siyasət aparan  Ermənistan Suriya və İranın Qafqaz regionuna maraqlarını daşımaqla müttəfiqi olan Rusiyanın regional siyasətinə kifayət qədər ciddi potensial yaradır.  Ermənistanın fəlsəfəsi və tarixi dağıdıcılıq olduğu üçün, eləcə də heç kimə, o cümlədən Rusiyaya inanmadığına görə Cənubi Qafqazda çoxlu maraqların cəmləşməsini istəyir. Yeri gəlmişkən onu da vurğulayaq ki, Türkiyənin Rusiya ilə Qafqaz regionunun problemlərinin müzakirəsinə başlaması çox təqdirəlayiq və bizim ölkəmiz üçün müsbət hadisədir. Onu da qeyd edək ki, Rusiya Ermənistana qarşı həmişə müsbət addımlar atmamışdır. Son vaxtlar Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı Rusiyanın mövqeyində kardinal dəyişikliyin başlanğıcı hiss olunmaqdadır. Buna Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə Rusiyanın vasitəçiliyini, son «seçkini» tanımayacağı barədə dərhal reaksiya verməsini və sairə misal gətirmək olar. Bu günlər də Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Rusiya Federasiya Şurasının sədri Sergey Mironovun «Rusiya «Dağlıq Qarabağ» adında hər hansı dövlət  vahidini tanımır, bundan sonra da tanımağa hazırlaşmır. Rusiyalı parlamentarların ora getməsi isə özfəaliyyət və heç kimə lazım olmayan addımdır» deməsi, yuxarıda qeyd etdiklərimizə sübutdur. Artıq çoxdandır ki, Rusiya-Ermənistan münasibətləri bir istiqamətli müsbət xarakterli dinamikadan uzaqlaşmışdır. Rusiya-Ermənistan münasibətlərində ziddiyyətli dövrlərin və proseslərin miqyası gündən-günə genişlənməkdədir. Bu da ağılları kimi, təbii sərvətləri də kasad olan bir toplum üçün çox ağır nəticələr verəcəkdir. Çünki bu toplumun ən böyük «dolanışılacaq» yeri sözügedən ölkədir. İkili standart, dəyişkən mövqey nümayiş etdirməklə erməni toplumu, dünyada bütün dayaqlarını və «xeyirxahlarını» itirməkdədir. Bu da çox normal hal və hadisədir. Qeyri çiddi siyasət aparmaqla, dünən dediyini bu gün danmaqla çox uzağa getmək mümkün deyil. Çünki iki-üç şey var ki, onun üstü tez açılır, həm də yalanın… Yeri gəlmişkən vurğulayaq ki, Serjin keçirdiyi son «seçki» bütün arzularını gözündə qoydu, özünü və başçılıq etdiyi toplumu dünyada gülünc vəziyyətinə saldı. Bu uğursuzluqlar Ermənistanın özündə də çox böyük çaxnaşmalara səbəb oludu. Küçələrə axışan əhali Serjin istefasını tələb etməklə yanaşı, heç bir müsbət nəticə verməyəcək siyasi oyunlara son qoyulmasını da tələb edirlər.  

                                                                                             .NAMİQ. 


Hiç yorum yok:

Yorum Gönder