Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

20 Ocak 2011 Perşembe

Bozqurd Türk millətinin simvoludur!!!


Bozqurd Türk millətinin simvoludur. Bir-birinin ardınca gələn Türk nəsillərinin ortaq malı olan milli dastanın parçalarında, Türklərə yol göstərən, Türkləri zəfərlərə aparan bir simvoldur... Artıq Bozqurd bir güc, orduya yol göstərən bir xəritə, darda qalanların yardımına gedən bir Hızır, xaqana və orduya ehtiyat, mərdlik və təmkin dərsi verən bir müəllim simvoludur...Ordumuzla bərabər döyüşən, onu zəfərdən zəfərə aparan bir faktordur. Döyüşçülüyün, cəsarətin, bir simvoludur. O qurd olmaqdan əlavə, qurda bənzədilən bir qurtarıcı və bir qəhrəmandır. Qorxmaz ve ağıllı bir xaqandır.

Nə üçün Bozqurd? Bu sualın cavabı hər halda Bozqurda aid xüsusiyyətlərin, Türklərdə olan özəlliklərlə üst-üstə düşməsi ola bilər. Cəsarəti, əsarətə dözümsüzlüyü, qıvraqlığı, ailəsinə sədaqəti və başqa xüsusiyyətlər onun, ulu babalarımız tərəfindən simvol seçilmə səbəbləridir. Hər bir millətin tarixində dastanlar əsas yer tutur. Məlum olduğu kimi xalq hekayələri ağızdan-ağıza söylənərək, nəsildən-nəslə keçib. Zaman keçdikcə bu hekayələr yazıya çevrilərək ən sonunda indiki zamanımıza qədər gəlib çataraq dastanlar şəklində meydana gəlib. Bu dastanlarda Bozqurdun çox böyük yeri vardır.

Ingilislər üçün Aslan, Ruslar üçün Ayı, Fransızlar üçün Xoruz, Íranlilar üçün Pars, yaxud Pələng, Yaponlar üçün Əjdaha nədirsə, Türklər üçün də Bozqurd odur.
Bozqurd Dastanından bir hissə: ''...Türklərin ilk ataları Batı Dənizinin batı tərəfində yaşayırdılar. Türklər, Lin adlı bir ölkənin orduları tərəfindən məğlubiyyətə uğradılmışdılar. Düşmən əsgərləri bütün Türkləri kişi-qadın, kiçik-böyük demədən öldürdülər. Bu böyük və vəhşicəsinə qətliamda yalnız təxminən 10 yaşında olan bir oğlan sağ qaldı. Düşmən əsgərləri bu uşağıda tapdılar amma onu öldürmədilər, bu yaşayan son Türkü acılar içində can versin deyə, qollarını və ayaqlarını kəsərək bir bataqlığa atdılar. Düşmən hökümdarı, əsgərlərinin son bir Türkü sağ olaraq buraxdıqlarını öyrəndi. O dəqiqə əmr verdi ki, bu son Türk də öldürülsün və Türklərin kökü tamamilə kəsilsin... Düşmən əsgərləri uşağı tapmaq üçün yola çıxdılar. Amma dişi bir Bozqurd çıxdı və uşağı qaçırdı. Altay dağlarında izi tapılmaz, ucsuz bucaqsız və hər tərəfi yüksək dağlarla əhatə olunmuş bir mağaraya apardı. Mağaranın içində böyük bir ova vardı. Ova, başdan ayağa ot və çayırlardan ibarət idi. Dörd bir tərəfi Sarp dağları ilə çevrili idi. Bozqurd burada uşağın yaralarını yalayıp tumarladı və sonunda sağaltdi. Onu südüylə, ovladığı heyvanların ətiylə bəslədi, böyütdü. Sonunda uşaq böyüdü və yetkinlik çağına gəldi, sonra isə Bozqurd ilə yaşayan son Türk əri evləndilər. Bu evlilikdən 10 uşaq doğuldu. Uşaqlar böyüdülər, başqa yerlərdən qızlarla evlənərək artdılar. Türklər yavaş yavaş çoxaldılar və çevrəyə yayıldılar. Ordular qurub Lin ölkəsinə hücum etdilər və atalarının qisasıni aldılar. Sonralar yeni bir dövlət qurdular, dörd bir yana yenidən egemen oldular. Və Türk hakanları atalarının xatirəsinə hörmət olaraq otaqlarının önündə həmişə qurd başlı bir sancak dalğalandırdılar...''



Bu əfsanəden anlaşıldığına görə, Türklərin ilk yurdları, Orta Asyanın qərbinə yaxın bir yerlərdə idi. Türklər, Turfanın cənub dağlarına daha sonra köçüblərmiş. Çin tarixçilərinin də yazdığı Bozqurd dastanı, burada bitməkdədir. Çinlilər daha sonra nələrin olduğunu açıq olaraq yazmırlar. Bu əfsanənin son bölümü, Ergenekon Dastanıdır. Ergənekon Dastanı, Cingiz Xan dövründə moğollaşdırılmışdır. Ancaq bu əfsanənin kökləri və ana motivləri, açıqca Kök Türklər ile əlaqədardır. Kök (Göytürk) Türk Dövləti, VI əsrdən etibarən bir cihan imperatorluğu olmuş və 200 il ömür sürmüşdür. Belə böyük və güclü bir dövlətin, ilkəl Moğollardan bir əfsanə alıb kökənlərini ona dayandırması mümkün deyildir.


Ayrıca, Ergenekon Dastanının ana mötivlərindən biri, Dəmirçidir. Dastanda dəmirçi, dağda dəmir mədəni tapır və Türklər bu dəmir mədənini əridərək Bozqurdun öndərliyində Ergenekondan çıxırlar. Unutmamaq lazımdır ki, Göytürklərin ataları da dəmirçi idilər. Onlar ən yaxşı çəlikləri hazırlayıb, başqa dövlətlərə silah olaraq satardılar. Göytürklərin ataları, dəmir cövhərləriylə dolu dağların ətəklərində törəmişdir, dəmirləri əridərək yer üzünə çıxmışlar. Sonradan özlərinin də dəmirçi olmaları bundan irəli gəlməkdədir. Amma Moğollar, dəmirçiliyi bilmirlərdi. Cingiz Xan zamanında Moğolların yanına gələn bir Çin elçisi, o zamanda da Moğolların ox uclarını daşdan hazıladıqlarını, dəmirlə işləməyi bilmədiklərini deyirdi. Moğollar dəmirlə işləməyi, Cingiz Xanın zamanında Uyğur Türklərindən öyrənmişdilər. Ayrıca Bozqurd, Türklərin müqəddəs heyvanıdır. Moğolların isə müqəddəs heyvanı köpəkdir.



1 yorum: