Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

3 Mart 2011 Perşembe

Xəlil Rza UluTürk: Sənətkara Azadlıq



Mənim dustaqlıqdan azad edilməyim uğrunda çarpışanlar Azərbaycandan Moskvaya,təkcə A.Y.Suxaryevin – SSRİ prokurorunun adına bir milyon iki yüz mindən artıq məktub,teleqram,ərizə,şikayət,tələbnamə göndərmişlər.Ulusal hərəkatın bu dalğasından sonra hüquq xadiminin ulusun tələbini yerinə yetirəcəyinə ümid edirdim.
Xəlil Rza – bir ağ saçlı bahadır,
Elbrusdan,Savalandan ucadır.
Hər misrası bir qızıl gül,qonçadır.
Başı qarlı,özü bahar laləzar.
Azad edin,hür yaşasın sənətkar.

Arxasında aşıb – daşır milyonlar,
Neylər ona əyləncələr,oyunlar?
Ey tüfəngli,avtomatlı qoyunlar,
Kameranın gözü kordur,özü kar.
Azad edin,qələm çalsın sənətkar.

Od nəfəsi barmaqlığı yandırır.
Müdrik sözü qanmayanı qandırır.
Şair hansı təlatümdən yan durur.
Qoşun ona alagözlü bir nigar.
Azad edin,eşq əhlidir sənətkar.

Gedin,öpün ayağından,əlindən.
Üzr istəyin obasından,elindən.
İldırımdır,düşüb göyün qəlbindən.
Hər sətrində Misri qılınc hökmü var,
Azad edin,yerdi,göydü sənətkar.

Azərbaycan – planetin gözüdür.
Bağrı - atəş,daşı – gövhər,özü – dür.
Xəlil Rza – insanlığa sözüdür.
Anlayırmı əqli naqis,gözü dar:
Zindanlara sığa bilməz sənətkar.

Aleksandr Yakov oğlu köçəri,
Əziz ŞairŞsalma dərdi içəri.
Bu darğalar nökərindi,nökərin.
Ya əfv elə,ya da itib batsınlar.
Biz qulunuq,sənətkardı hökmdar.

Çiçək səpək yolağına,yoluna.
Şux gözəllər gəlib girsin qoluna.
Çələng verək ərzin cəsur oğluna,
Fələk yalnız ucaldanı ucaldar.
Yerin,göyün baş tacıdır sənətkar.

Xəlil Rza – Azadlığa bayraqdar,
Məhbəsləri söküb tökən əzmi var.
Buraxmasa qul ürəkli ağalar,
Sök zindanı,ey laləzar,ey bahar!

Moskva,Lefortovo zindanı,
28 fevral,1990

Hiç yorum yok:

Yorum Gönder