Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

3 Mart 2011 Perşembe

Liviyanın Breqa şəhəri bombalandı


Qəddafi: Liviyanı “İkinci Vyetnam” gözləyir


Liviyada Müəmmar Qəddafinin əmri ilə hökumət qüvvələrinin nəzarəti altında olan Tripoli ilə Benqazi şəhərləri arasında yerləşən Breqa şəhəri və neftayırma zavodu bombalanıb.

“Əl- Cəzirə” telekanalının məlumatına görə, Qəddafi tərəfdarları Breqa üzərində nəzarəti ələ keçirməyə çalışsalar da, hələ buna nail olmayıblar və şəhər müxalifət tərəfdarlarının əlindədir.

Bu ərəfədə isə məlum olub ki, Liviya Milli Şurasını yaratmış sabiq ədliyyə naziri Mustafa Əbdül Cəlil ölkənin müvəqqəti idarəçiliyini öz üzərinə götürəcək orqana rəsmən başçılıq edəcək. Ölkənin ikinci böyük şəhəri Benqazidə yerləşən şuranın tərkibinə 30 nəfər daxil olacaq. Yeni yaradılacaq bu orqan “keçid dövründə Liviyanın siması” olacaq. Liviyanın BMT-dəki nümayəndəsi İbrahim Dəbaşi qeyd edib ki, Liviya Milli Şurası “idarəetməyə Tripolinin azad olunmasına qədər başlanmalıdır, çünki polkovnik Qəddafinin hakimiyyətdən uzaqlaşdırılması bir neçə həftə çəkə bilər”.

Müəmmar Qəddafi paytaxt Tripolidə tərəfdarlarının arasına çıxıb. O bir daha sonadək mübarizə aparacağını bildirib və ölkədəki vəziyyətə görə, “Əl-Qaidə”ni günahlandırıb. Müəmmar Qəddafi bəyan edib ki, NATO, yaxud Birləşmiş Ştatlar ölkəyə müdaxilə edəcəyi təqdirdə Liviyanı “İkinci Vyetnam” gözləyir.

Bu ərəfədə Liviya İnsan Hüquqları Müdafiəsi Liqası iğtişaşlar başlayandan həlak olanların sayını açıqlayıb. Məlumata görə, təkcə Tripoli şəhərində 3 min nəfər həlak olub. Ölkədə həlak olanların ümumi sayı 6 min nəfərdir; onlardan 3 mini Tripoli, 2 mini Benqazidə, min nəfəri isə digər şəhərlərdə qeydə alınıb. Təşkilatın təmsilçisi həlak olanların sayının daha çox ola biləcəyini istisna etməyib.

//ANS Press

Hiç yorum yok:

Yorum Gönder