Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

7 Şubat 2011 Pazartesi

MHP-li namzəd Ənvər Türkoğlu: “Azərbaycan bizim axirətədək can əmanətimizdir” (Müsahibə)

Keçən günlərdə Ankarada yaşayan soydaşarımız tərəfindən İran dövlətinin Azərbaycanın daxili işlərinə qarışdığı üçün İran səfirliyi önündə etiraz aksiyası keçirildi. 
Aksiyanın təşkilatcısı Azərbaycanlıları Həmrəylik Qrupu idi. Beləliklə, həm aksiya və həm də digər sualları haqqında cavab almaq üçün Azərbaycanlıları Həmrəylik Qrupunun rəhbəri, Türkiyə İğdırlılar Dərnəyinin sədri, MHP-nin İğdır üzrə namizədi, tanınmış diaspor fəalı Ənvər Türkoğlunun GünAzTV mətbuat mərkəzinə verdiyi müsahibəsini təqdim edirik.

- Ənvər bəy, aksiya necə keçdi və xüsusilə, türkiyə mediası aksiya diqqət ayırdımı?


- Aksiya çox gözəl keçdi. Əsas odur ki, etirazımızı ortaya qoyduq. Aksiyanın əsas şüarı son illər inkişaf etməkdə olan İran-Ermənistan əlaqələrindən keçirdiyimiz narahatçılıq, İranın Azərbaycanın daxili işlərinə qarışması, birdə İranda yaşayan soydaşlarımıza qarşı edilən təzyiqlərlə bağlı idi. Türkiyə mediası bu, məsələdə çox maraqlı idi və indiyə kimi aksiyanı 170 internet saytı işıqlandırıb. Bununla bərabər olaraq, aksiya haqqında xəbər Anadolu agentliyi, Cihan Xəbər Agentliyi və İhlas Xəbər Agentliyi vasitəsilə Türkiyə və dünyadakı yaşayan bütün abonelərinə yayıldı. Kanallardan isə Kanal B, CNN Türk və digər televiziya kanalları da geniş şəkildə yayımladılar. Bu gün isə aksiya haqqında xəbər Türkiyənin nüfuzlu qəzetlərində yayımlanacaqdır. Aksiyanı uğurlu hesab etmək olar və bu qədər televiziya, kanallar işıqlandırdısa, deməli aksiyanın mövzusu haqqında geniş informasiya yayılacaq və dünyanın hər yerində yaşayan türklər məlumatlandırılacaqlar.


- Bundan sonra Həmrəylik Qrupu hansı tədbirləri keçirməyi planlaşdırır?


- Bundan sonra da Azərbaycanla Həmrəylik Qrupu olaraq, Azərbaycan qarşı olacaq hansısa mənfi siyasətə qarşı sərt etirazımızı bildirəcəyik. Bu, istər yazılı formada, istərsə də etiraz askiyası formasında olsun. Azərbaycan bizim axirətədək can əmanətimizdir.


- Türkiyənin siyasi-ictimai dairələrinin İranın Azərbaycana qarşı apardığı antitəbliğatı münasibəti necədir? Siz həm də MHP aktivlərindənsiniz. MHP-nin bu, məsələ ilə bağlı hansısa bir açıqlama ilə çıxış edə bilərmi?


- MHP-nın xaricdə yaşayan türklərlə bağlı siyasəti çox açıqdır. Bu məsələləri qərarı MHP Genəl Mərkəzi və MHP Genel Başqanı Sayın Dr. Dövlət Baxçalı verir. Verdiyim bəyanatlar və mətbuat açıqlaması İğdır Mədəniyyət Dərnəyinin başqanı olaraq və Azərbaycanla Həmrəylik Qrupunun mövqeyidir.

Amma Türkiyə cəmiyyəti bu məsələdə həssasdır. Türk insanı hər zaman Azərbaycana gələcək, hansısa pis niyyətlərə qarşı öz etirazını bildirib. Türkiyə ictimaiyyəti Azərbaycanın yanında olduğunu dəfələrə sübut edib. Bu gün Türkiyədə ulu öndər Musfata Kamal Atatürkün məşhur kəlamı dillər əzbəridir: “Azərbaycanın kədəri kədərimizdir, sevinci sevincimizdir!”.


- Ənvər bəy, sizə sonuncu sualımız bu günlərdə Türkiyənin məşhur "Nuriyet Daily News" qəzeti yazır ki, “ötən il Ermənistandan İstanbula ticarət məqsədilə 1 milyon adam gəlib". Onda belə çıxır ki, heç Ermenistanla sərhədi açmağa ehtiyac yoxdur. Çünki əlaqələr yüksək səviyyədədir. Sizcə, bu xəbər reallığı əks etdirirmi?


- Mən şəxsən (1) bir milyon ermənin Türkiyə gəldiyini inanmıram. Çünki Ermənistandan bir milyon insan ticarət etsəydi, indi Ermənistanın yarısı varlı idi. Məncə, bu xəbər əsassızdır. Çünki Ermənistanda sosial-iqtisadi vəziyyəti gündən-günə ağırlaşır, insanlar ölkəni tərk edirlər. Bu günlərdə erməni sosioloqu (cameşünas) öz etiraf etdi ki, Ermənisanda müharibə xofu insanların ölkəsi tərk etməsinə səbəb olur.

Qarabağ uğrunda başlanacaq savaş türk dünyasının bir savaşı olacaq. Nə qədər ki, Ermənistan və onun lobbisi türk millətinə qarşı düşmənçilik ideologiyası ilə yanaşacaqlar, bundan sonra da onların vəziyyəti ağırlaşacaq. Ermənistanın çıxılmaz vəziyyəti daha da dərinləşəcək.

Ancaq onu da bildirim ki, zaman-zaman İran və Gürcüstan üzərindən ticarət edildiyi fikri var. Amma əsas odur ki, İran Ermənistanla keçiş qapısını bağlaması lazımdır. Çünki Ter-Petrosiyanın sözü ilə desək: “Ermənistanı ayaq üstə saxlayan, ona nəfəs verən dövlət İrandır”.

Söhbətləşdi: Elnur Eltürk

Hiç yorum yok:

Yorum Gönder