Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

7 Şubat 2011 Pazartesi

Mahmudəli Çöhrəqanlı: «İranda əsrin ən böyük inqilabına çox qalmayıb»


Çöhrəqanlı: "Şimali Afrika ölkələrində başlanmış qiyamlar, inqilablara hamilə olan İran kimi ölkələrdə iz buraxacaq"
Güney Azərbaycanındakı mili hərəkatın liderlərindən olan Mahmudəli Çöhrəqanlının Milli.Az xəbər portalına müsahibəsi.
"Məni "məsuliyyətsiz" adlandırıb, mühakimə etməsinlər deyə, geri dönməyə məcbur oldum"


- Bir neçə gün öncə sizin GAMOH sədrliyinə qayıtmanız xəbəri yayıldı. Səhərisi gün GAMOH-un Mərkəzi Komitəsi adı ilə basqa insanlar sizi rəhbər kimi qəbul etmədiklərini açıqladılar. www.gamoh.info saytının artıq GAMOH-a aid olmadığını bəyan etdilər. Bu baş verənlərə aydınlıq gətirmənizi istərdik.

- Bildiyiniz kimi, mən və təşkilatın mərkəziyyəti keçən il qarşılaşdığımız durumu - yəni, mənim üçün Türkiyə və Azərbaycanda yaranan məhdudiyyətlər və bəzi sağlıq problemlərimi dəyərləndirərək, təşkilat üçün fürsətlər yaransın deyə, GAMOH başqanlığından istefa vərərək, bu məsuliyyəti təşkilatın Güneydə olan mərkəzi komitəsinə tapşırdım. Maləsəf, İranda hakim olan fars faşist molla rejimi bu fürsətdən yararlanaraq, öncədən təşkilat üzvlərinin Ettelaat zindanlarında işgəncələr altında verdiyi təşkilatın bütün gizli informasiyaları sayəsində, Mərkəzi Komitənin bütün üzvlərini həbs etdi. Nəticədə başqanlığı təhvil alacaq heç bir təşkilatçı qalmadı və mən başqanlıq vəzifəsini heç kimə təhvil verə bilmədim. Bu arada azadlığa çıxmış Mərkəzi Komitə üzvü Səccad Radməhrə (Duman Savalan) - baxmayaraq ki, həbsdə olduğu zaman bütün təşkilatla bağlı məlumatları rejim məmurlarına sızdırmaq məcburiyyətində qalmışdı və azadlığa çıxdıqdan sonra mənimlə birinci telefon təmasında özünü xain, satqın və qorxaq adlandırırdı, - ona qəhrəman və igid deyərək mənəvi dəstək olmağa çalışdım. Ona güc verərək, ən azı təşkilatın dış qolunu (xarici ölkələrdəki bürolar - red.) idarə etməsi üçün əlimdən gələn dəstəyi vərməkdə qüsur etmədim. Təəssüf ki, bu adamın yaşca gənc olması (27 yaşı var), təcrübəsizliyi və ən önəmlisi xaricin atmosferilə tanış olmaması, dış qolunu o vəziyyətə gətirib çıxardı ki, bütün üzvlərimiz onun ətrafından uzaqlaşdılar və təşkilat çox durğun və passiv duruma düşərək, dağılmaq təhlükəsiylə qarşı-qarşıya gəldi. Bələliklə, bu durumda mən dış qol üzvləri, içəridə olan (İranda - red.) çoxlu təşkilat üzvlərilə, başqa millətçilər ıə bildiyiniz bəzi başqa təşkilat və partiya liderlərinin müraciətlərini dəyərləndirərək, digər tərəfdən isə məni bu ağır durumda kənarda dayanan, məsuliyyətsiz birisi kimi adlandırıb, mühakimə etməsinlər deyə, geri dönməyə məcbur oldum.

Hal-hazırda, ən azı xaricdə o şəxsdən başqa, təşkilatın bütün üzvləri bir güc olaraq, yənidən mənimlə birlikdə təşkilata bir düzən vermək və toparlanmaqla məşğuldurlar.
Bu arada dediyiniz o dezinformasiyalar, şantaj və təxribat xarakterli yazılar, bəyanatlar, məlumunuz olsun ki, yolunu azaraq tək qalmış «dostumuz» tərəfindən edilir. Bələliklə, sizdən və bütün Azərbaycanımızın şərəfli media mənsublarından istəyirəm ki, indiyə qədər yol vermədikləri kimi, İran rejimini sevindirəcək belə şəxslərin vasitəsilə yayılan dezinformasiyaların yayılmasına yer və imkan verməsinlər. Bu sualınızın cavabının sonunda bunu da artırmalıyam ki, təşkilatın tanınmış internet saytı və xəbər yayım orqanları əvvəllər olduğu kimi, indi də yerindədir və heç bir dəyişiklik baş verməyib.

- Bu gün qurultay keçirəcəyiniz barədə məlumat verildi. Qurultayın məqsədləri nədir? Hansı məsələlər həll olunacaq?

- Bu, ümumi və əsas qurultay deyil, yalnız dış qol üzvlərinin qurultayıdır. Bu toplantıda xaricdə olan təmsilçiliklər və Dış Qol İdarə Həyəti ilə bağlı müzakirələr gədəcək və qərarlar qəbul olunacaq.

- Cənubi Azərbaycandakı hərəkatın bugünkü durumunu nəcə dəyərləndirirsiniz?

- Güney Azərbaycanda durum, qasırğadan öncə olan sakitlikdir. Güney hərəkatçıları bərədə yatmış ovçular vəziyyətindədirlər, münasib fürsət axtararaq son hücum peşindədirlər. Hərəkat - 35 milyonluq şərəfli oğuz türkü, millətimizin bütün təbəqələrinə yayılmış vəziyyətdədir. Bəzi zahirdə görünən ixtilaflar da son qiyam başladıqda yerini birlik və birgəliyə verəcəkdir. Bir yumruq olaraq, fars faşizminin başına vurub, bu diktator rejimi cəhənnəmin dibinə göndərəcəklər - o gün çox yaxındadır.


"Tunis və ya Misirdə qiyamlar olmasaydı belə, İranda hər an yeni inqilab ehtimalı cox yüksəkdir"


- Tunis, Misir… ardınca İran gələ bilərmi?

- Bildiyiniz kimi, İran rejimi həm içəridə, həm də qlobal səviyyədə, xüsusən Əhmədinejadın ikinci dövr prezindent seçkilərində saxtakarlıqla seçilməsindən sonra, məşruiyyətini (nüfuzu, xarakter və dəyəri-red.) itirmiş bir vəziyyətdədir. İran əhalisinin yüzdə doxsanı bu rejimin ayaqda qalmasına qarşıdır, müxalifdir, qalan on faizi də qeyri-məşru (qanunsuz) yollarla, millət malını çapıb-talamaqla əldə etdiyi sərvətlərinə görə rejimi mudafiə etməyə qərarlıdırlar. Bunlar coxluqda Pasdar, Bəsici, Ettilaat məmurları və ya molla təbəqəsinə mənsub olanlardır.
Tunis və ya Misirdə qiyamlar olmasaydı belə, İranda hər an yeni bir inqilab başlanması ehtimalı cox yüksək səviyyədədir. Təbii ki, Quzey Afrika (Tunis və Misir) ölkələrində başlanmış devrimlər bütün dünyada, regionda, özəlliklə islam aləmində və xüsusən, inqilablara hamilə olan İran kimi ölkələrdə iz buraxacaq. Bu inqilablar İranlıların böyük dəyişikliklərlə bağlı daha da qərarlı və cəsarətli olmalarında müsbət təsirlər buraxa bilər.
Məncə, İranda da yaxın gələcəkdə sürpriz bir inqilabın baş tutması və hər bir şeyin alt-üst olmasi cox gözləniləndir. Buna, əsrin ən böyük inqilabına çox qalmayıb.


"İran rejimi Azərbaycanın adına belə, nifrət edir"


- Son vaxtlar Azərbaycanda islamçı adı altında bəzi radikal qüvvələrin fəallaşması barədə məlumatınız varmı, ümumiyyətlə, Azərbaycandakı vəziyyəti izləyirsinizmi? İran rəsmilərinin Azərbaycanın daxili islərinə müdaxilələrini necə qarşılayırsınız?

- Azərbaycanın bütün dünya səviyyəsində ən qəddar düşməni İrandır. İran rejimi Azərbaycanın adına belə, nifrət edir. Çünki Azərbaycanı və Azərbaycanın varlığını, hakimiyyətini, istiqlaliyyətini öz mövcudluğuna ən təhlükəli düşmən kimi görür. Azərbaycana, ürəyinin ortasına çıxmış dərmansız xərçəng şişi kimi baxır. Ona görə heç bir zaman Azərbaycanın xeyrinə bir addım atmayıb və atmaz. Əksinə, onun zərərinə olan bloklarda həmişə yer alıb və hər bir fürsətdən istifadə edərək, Azərbaycanın gücsüzləşməsinə çalışmaqdadır. O, Azərbaycanı indi və yaxın gələcəkdə "İranı bölüb parçalayan və fars faşist rejimini çox kiçik və zəif duruma salacaq" bir qüvvə kimi görür və hər bir fürsətdən onun zərərinə calışmaq üçün istifadə edir. Bilməliyik ki, İranın bu doktrina və strategiyası heç vaxt dəyişilməyəcək. Azərbaycan dövləti də İranın bu mövqeyini düzgün dəyərləndirərək, o rejimlə münasibətlərini yenidən gözdən keçirməlidir.

- DAK sədri Sabir Rüstəmxanlının güneydəki soydaşlarımıza müraciətini necə qiymətləndirirsiniz?

- Mən həmin müraciəti dəstəkləyirəm və öz internet saytımızda onun yayılmasını təmin edəcəyəm.

- Hal-hazırda Vaşinqonda nə ilə məşqul olursunuz? Orada kimlərlə əlaqələriniz var? Azərbaycan diasporu ilə, Vaşinqtondakə siyasi dairələrlə təmaslarınız olurmu?

- Qürbətdə mühacirlik həyatı çətin və acı olsa da, bu həyatı sürdürmək məcburiyyətindəyik. Ailəni dolandırmaq uçün bəzən işləyirəm və qalan zamanlarımı da mütaliəyə və hərəkatımızla bağlı bir kitab yazmağa sərf edirəm. Təbii ki, bəzən mənim və bəzən burda olan siyasi dairələrin istəyi ilə görüşlərimiz də olur.

Ceyhun
Milli.Az

Hiç yorum yok:

Yorum Gönder