Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

23 Şubat 2011 Çarşamba

"Bozkurtlar- deli sevda" filmi çəkilir

Çevriliş dövründən bəhs edən TV seriallarında milliyyətçilərin pislənilməsi ülküçüləri hərəkətə gətirdi. Ülküçülərin 1970-1980-ci illərdə mübarizəsinə həsr edilən "Bozkurtlar- deli sevda" adlı filmin çəkilişlərinə başlandı. Filmin ssenaristi Zeynel Korkmaz, "Yeni mübahisə başlamaq niyyətində deyilik. Yalnız yeni gəncliyin yaxın tarixlə əlaqədar gerçəkləri bilməsini istədik" - dedi.

Ülküçülərdən 12 Sentyabr filmi

12 sentyabr 1980-ci il çevrilişinə qədər “sağçı” və “solçu” qola ayrılan gənclərin çəkdiyi işgəncələr bu dəfə də ülküçülər (Millətçi, Türkçü, Bozqurdçular) tərəfindən filmə alınır. Xüsusilə, son vaxtlarda “Çemberimde Gül Oya”, “Hatırla Sevgili” və “Öyle bir geçer zaman ki” kimi televiziya seriallarında milliyyətçilərin pislənilməsi, ülküçü seqmentdən reaksiya aldı. Bunun üzərinə qollarını çırmalayan ülküçülər 1970 - 1980-ci illər arasında yaşananları kino filmə köçürməyə qərar verdi. Ssenarisini Zeynel Korkmazın yazdığı "Bozkurtlar - deli sevda" adlı film, ülküçülərin 1980-ci illərin əvvəlində yaşadıqlarına işıq salır. Ssenarisi, yetmişinci illərdəki siyasi və ictimai hadisələr barədə olan filmdə, solçularla ülküçülərin mübarizəsinə yer verilir. Filmin əsas mövzusu ülküçülərin bu çətin dövrdə həyat baxışları, səyləri və mübarizələridir.

Saxtalaşdırılmış gerçəklər

Yaxın tarixin saxtalaşdırılmış gerçəklərinin açıq-aşkar göstəriləcəyi filmin çəkilişləri Erdemli, Tarsus və Çamlıyaylada davam edir. Oktyabr sonunda tamamlanması planlaşdırılan filmin ssenaristi Zeynel Korkmaz, o dövrlə əlaqədar bu günə qədər çəkilən film və seriallarda gerçəkdə olmayan bir ülküçü (millətçi, bozqurdçu) və üsyançı (solçu, kommunist) obrazlarının yaradıldığını bildirərək, "Ancaq biz bu mövzuda yeni mübahisə başlamaq niyyətində deyilik. Yalnız yeni gəncliyin yaxın tarixlə əlaqədar gerçəkləri bilməsini istədik " - dedi. 1998-ci ildə sağ fikirli rejissor İsmayıl Günəşin o dövrün hadisələrindən bəhs edən və başlıca rollarını Cüneyt Arkın, Haldun Boysan, Yağmur Kaşifoğlu, Mümtaz Sevinç kimi aktyorların oynadığı "Gülün Bitdiyi Yer" adlı filmin nümayişinə ağır və qanlı işgəncə səhnələri üzündən icazə verilməmişdi.

Çəkdiyi ilk filmə maneə törədildi

Ssenarist Zeynel Korkmaz 12 Sentyabr əvvəli müxtəlif ülküçü təşkilatlarda vəzifə almışdı. Gənclik illərində də 1980-ci illərin əvvəli mövzusunda bir film çəkən Korkmazın bu filminə 12 Sentyabr çevrilişçiləri tərəfindən maneə törədildi. Filmin bəzi səhnələrinin olduğu lentləri ələ keçərən jandarma yerli könüllü dərnək aktyorlarını da tək-tək həbs edərək göz altına aldı və onları terrorizm bilikləri yaymaqda günahlandırdı. Korkmaz və dərnək aktyorları 10 gün nəzarətdə saxlanıldı. Hətta onlardan filmdə istifadə edilən oyuncaq silahların harada olması soruldu. Korkmaz, filmini tamamlaya bilmədi.



Filmin giriş hekayəsindən bir parça

Filmin saytı artıq internetdə yaradılıb: www.bozkurtlarfilmi.com

Saytda Zeynel Korkmaz tərəfindən yazılmış girişdən bir parça:

  “...Ülküçü vətəni sevməkdən, kommunizmə qarşı olmaqdan, rus bayrağı, çin bayrağı, ABŞ bayrağının bu ölkədə dalğalanmasına icazə verməməsindən peşmanlıq duymaz. Amma sistem bunu belə istəyir. Ülküçülərlə peşmanlığı yan-yana gətirməyə çalışır.
İndiyə qədər çəkilən filmlərdəki (sayı 20-dən çoxdur) “solçuluq” ilə əlaqədar yaradılan obrazlar da həqiqi deyil. Bu filmlərdə “solçuların” gerçək üzü gilədilir, onların “azadlıq tərəfdarı” olduqları iddia edilir. Yaxşı sizdən soruşuram, Türkiyədə elə mədəni, azadlıq və qardaşlıq üçün vuruşan bir solçu gördünüzmü? 12 Sentyabrdan əvvəl universitetlərə, küçələrə asılan oraq-çəkiclər, qırmızı ulduzlar nə idi? Rus bayrağı ilə, çin bayrağı ilə azadlıq və qardaşlıqmı olarmış? Kino vasitəsilə 12 Sentyabrdan sonra yarımçıq qalmış bir hesablaşmanı bizlə aparırlar. Onlara görə, ülküçülər qatil idi, marksistlər isə, həmişə öldürülmüşlər, əzilmişlər, zərər çəkmişlər… Millətin buna inanmasını istəyirlər. Halbuki Ülküçü Hərəkat 12 Sentyabrdan əvvəl 5 min şəhid verdi. Marksistlərin isə, çox kiçik bir qisimi ülküçülərlə qarşıdurmada öldürülmüşdür... “İnqilab qanla yazılar”, “Qurtuluşa qədər döyüş”, “Rus əsgərinə salam”, “Türk əsgərini arxadan vur” deyənlər kimlər idi? Bu saxta filmlərdəki kimi belə bir solçu obrazı bu ölkədə heç zaman olmamışdı.

Biz bir tək “sol hərəkat” tanıyırıq - marksist-leninçi, rusçu, çinçi, qan tökücü və müsəlman azanına, Türk bayrağına düşmən olan bir “solçu hərəkat”. Onların hələ də çox dəyişdiklərinə inanmıram”...



Hazırladı: Sevda Əsgərova

“Millətçilik” qəzeti 12 – 18 fevral 2011-ci il 06 (120)

Hiç yorum yok:

Yorum Gönder