Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

11 Şubat 2011 Cuma

Axır ki, Mübarək istefa verdi


Ölkəyə nəzarət ordu komandanlığına keçib




Nəhayət xalqın tələbinə boyun əymək məcburiyyətində qalan Misir prezidenti Hüsnü Mübarək istefa verib. Qaynar.info-nun BBC-yə istinadən yaydığı məlumata görə, bu barədə Misirin vitse-prezidenti Ömər Suleyman açıqlama verib. Onun sözlərinə görə, ölkəyə nəzarəti Misir Silahlı Qüvvələri üzərinə götürüb. Xatırladaq ki, bir neçə saat öncə Misir prezidenti Hüsnü Mübarəkin Qahirəni tərk etdiyi barədə xəbər yayılmışdı. "Əl-Ərəbiyə" telekanalı iddia etmişdi ki, prezident ailəsi ilə birlikdə paytaxtdan gedib. 

Hiç yorum yok:

Yorum Gönder