Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

10 Ocak 2011 Pazartesi

Səfəvilər dövləti türklərin tarixi siyahısına əlavə olunsun!

kAnkara Universiteti İlahiyyət Fakültəsinin məzhəblər tarixi və anna dili şöbəsinin müdiri professor Həsən Onat Türkiyə prezidentinin iqamətgahındakı xüsusi lövhədə təmsil edilən 16 tarixi türk dövlətinə Səfəvilərin də əlavə olunması təklifini səsləndirib.
 

Ankara Universiteti İlahiyyət Fakültəsinin məzhəblər tarixi və anna dili şöbəsinin müdiri professor Həsən Onat Türkiyə prezidentinin iqamətgahındakı xüsusi lövhədə təmsil edilən 16 tarixi türk dövlətinə Səfəvilərin də əlavə olunması təklifini səsləndirib.
"Hürriyyət"in yazdığına görə, Onat öz açıqlamasında keçmişdə yaşananların gələcəyi istiqamətləndirmədə böyük rol oynayacağını bildirərək həmin şanlı tarixi unutmağı milli faciəyə bərabər tutdu: "Şiə İranında millət 1200 ildir Kərbəla olyaylarına ağlayır. Hətta bir çox hallarda "Çaldıran" döyüşünü Kərbəla müsibətilə müqayisə edənlər də tapılır. Osmanlının Qızılbaşlarla bağlı siyasəti sayəsində bu xalq "Çaldıran"ı günümüzədək yaşadıb. Qızılbaşlar "Çaldıran"da yaşananları qürurqırıcı hal kimi qiymətləndirirlər". Professor onu da deyib ki, hazırda Türkiyə prezidentinin iqamətgahındakı guşədə 16 türk dövlətini eyni sayda ulduz təmsil edir. Xatırladaq ki, Səfəvilər 1501 - 1736-cı illər arasında bu günkü Azərbaycan, İran, Ermənistan, Iraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq vilayətlərini öz nəzarətində saxlayıblar və bu qədər geniş arealda şiəliyi təbliğ edən və rəsmi məzhəbə çevirən də məhz Səfəvi hökmdarları olub. Yeri gəlmişkən, hazırda prezident iqamətgahındakı guşədə 16 ulduz aşağıdakı dövlətləri təmsil edir: Böyük Hun, Qərbi Hun, Avropa Hun, Ağ Hun, Göytürk, Avar, Xəzər, Uyğur, Qaraxanlılar, Böyük Səlçuqlu, Qəznəlilər, Horəzmşahlar, Qızıl Orda dövləti, Böyük Teymur, Babur və Osmanlı imperiyaları.

Hiç yorum yok:

Yorum Gönder