Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

18 Ocak 2011 Salı

ƏHMƏD CAVAD: MƏN TÜRK ÖVLADIYAM

         
Mən Türk övladıyam

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur bana.




Bana dinmə, sus deyirsen, ne vaxtacan susacam,
Böhranların, hicranların, mehbesinde qalacam?
Niye susum, danışmayım, insanlıqda payım var,
Menim ana vetenimdir talan olan bu diyar.

Niye susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim her şeye möhtac.


Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, mehkumluq var, mən varam,
Zülmə qarşı isyankaram, əzilsəm də susmaram!

Hiç yorum yok:

Yorum Gönder