Macarıstanda son seçkilərdə yüzdə 17 səs alaraq ölkənin üçüncü böyük partiyası olan, radikal sağçı “Jobbik” partiyasının lideri Gabor Vona, "Türkiyə ilə yaxınlaşmalıyıq" deməsi onu Avropadakı anti-türk irqçilərin hədəfinə çevirib.
Macar parlamentində 47 vəkillə təmsil olunan partiyanın gənc lideri Gabor Vona da Avropanın ən parlaq siyasətçilərindən biri oldu. Mitinqlərində nasi partiyası bənzəri görünüşlər verən, tərəfdarları tək tip forma və qol bantı taxan Jobbik, faşist olduğu mövzusundakı tənqidlərə, "Biz sağçı bir partiya belə deyilik. Yalnız vətənpərvərik" deyə cavab verərkən seçki şüarı olaraq da özünə, "Macarıstan Macarlarındır!" sözlərini seçmişdi.
Avropadakı digər sağçı partiyalarla AvroParlamentə seçkilərində əməkdaşlıq edən “Yobbik” partiyası, Türkiyə əleyhinə olan digər Avropa partiyalarından bu mövzuda ayrıldı. Gabor Vonanın, "Biz Türkiyə ilə yaxınlaşmanın Avropanın faydasına olduğunu düşünürük. Digər partiyaların Türk və İslam əleyhinə olan siyasətlərinə qatılmırıq. Türkiyə bizə yeni fürsətlər təqdim edir" bəyanatı Avroparlamentdəki avropalı sağçıların tənqid hədəfinə çevrildi.
Ancaq Vona bu tənqidlərə, "Türklərlə Macarların mənşəyi birdir. Hunlardır. Biz Türklərə qarşı çıxsaq öz mənşəyimizə də qarşı çıxmış olarıq. Türklər bizim qardaşımızdır" cavabını verdi.
Həqiqətən də macarların 4-ü Türk olmuş 9 fərqli boyun bir araya gəlməsiylə yaranan bir xalq olduğu bilinir. Macarcada Türkcə ilə ortaq (balta, arpa, tarla, saqqal və d.) bir çox söz var.
Jobbik, İsrail əleyhdarı fikirləriylə də diqqət çəkir. Jobbik partiyasının millət vəkilləri Macar məclisində “Mavi Marmara” gəmisinə basqınının dərhal ardından İsraili qınayan bir bəyanat da vermişlər. Partiya spikeri Marton Gyöngyösi "Türklər yalnız strateji ortağımız olmaqla yanaşı qardaşlarımızdır. Eyni mənşəyi paylaşdığımız bu xalq yalnız əxlaqi deyil, qardaşlıq bağları səbəbiylə də Jobbikin dəstəyinə layiq olmaqdadır" sözlərini bildirmişdir və İsrailin bu "insanlıq xarici" basqını səbəbiylə cəzalandırılmalı olduğunu bildirmişdi
Oktay Xəlilli
“Millətçilik” qəzeti � 03 (117) 22 – 28 yanvar 2011-ci il
Hiç yorum yok:
Yorum Gönder