Daha öndə zülmət yox.
Türkdən böyük millət yox,
«Tanrı Türkü qorusun!»
Çəkmirəm acı, ağrı,
Çatlasın düşmən bağrı.
Yolum göylərə doğru,
«Tanrı Türkü qorusun!»
Sevməyənlər kor olsun,
Dost var, düşmən xar olsun,
Tanrı Türkə yar olsun,
«Tanrı Türkü qorusun!»
Əllidən, mindən belə,
Səndən və məndən belə.
Altaydan, Çindən belə,
«Tanrı Türkü qorusun!»
Bölgə-bölgə Turandı,
Bütün ölkə Turandı,
Dünya Türkə Turandı,
«Tanrı Türkü qorusun!»
Nə yoruldum, nə durdum,
Sevgim çox sənə yurdum.
Yaşar olsun Boz Qurdum,
Tanrı Türkü qorusun!
Namiq DƏLİDAĞLI
Hiç yorum yok:
Yorum Gönder