Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

8 Nisan 2011 Cuma

ETİRAZLARI GÜCLƏNDİRƏN MƏMURLAR KİMLƏRDİR?

Hamı xalqın bu işi həyata keçirəcəyini deyir, amma iqtidarın içində olanlar yaddan çıxarılır

FaktXeber.com. Hakimiyyət nə qədər ölkədə narazı qüvvələrin 3-5 nəfər olduğu gecə-gündüz televiziya ekranlarından səsləndirsə də, Azərbaycanda yeni bir prosesin başlandığı artıq dəqiqdir. Hakimiyyətdən illərdən bəri tələb etdiklərini ona vermədiyinə görə, narazı insanların qəfildən meydanlara axışması an məsələsidir.
Bundan sonra da proseslərin artan temp üzrə davam edəcəyini artıq hakimiyyətdəkilər də sezməmiş deyillər. Çünki narazılar kimin meydana çıxmasından asılı olmayaraq, daha əvvəlki kimi yaşamaq fikrində deyillər.

Amma hamı bu prosesin nə vaxt və kim tərəfindən reallaşdırılacağını gözləyir, həm də axtarır. Düzdür böyük əksəriyyət bu posesin xalqın üzərində olduğunu, onun nə vaxt qalxacağını heç kimin bilmədiyi fikrini müdafiə edir. Amma burada unudulan və bəlkə də diqqət yetirilməyən başqa bir məqam da yox deyil. O da hakimiyyət daxilindəki heç nəyin fərqinə varmayan və atdığı addımlarla bu narazılıqları körükləyənlərdir.
Qeyd edək ki, bu gün insanları narahat və narazı edən çoxlu sayda səbəblər var. Amma inqilabları zəruri edən ən başlıca şərtlərdən biri də orta burjaziyanın müxalifətin tərəfinə keçməsidir. İnqilablarda maliyyə qaynaqları kimi tanınan bu təbəqənin Azərbaycandakı durumu bəllidir. Onlar da narazı xalq kimi, problemlərin girdabındadır və hər gün bataqlıqda bir qədər də batırlar. Nətircədə, daha belə davam etməyəcəyinin fərqinə vararaq, narazı olduqlarını dilə gətirib, proseslərə qoşulmağa başlayacaqlar.
İndi isə gəlin diqqət yetirək və "Azərbaycanda inqilabı kimlər edə bilər", - deyə düşünək. Hər kəs "müxalifət partiyaları" fikrini irəli sürdü bir vaxtda, həm də insanların narazılıq etdiyi dövlət qurumlarına da nəzər yetirmək gərəkir. Birinci, ən çox şikayət edilən dövlət qurumu hüquq-mühafizə orqanlarıdır. Əhali ilə birbaşa təmasda olan bu qurumların qanunu bir kənara qoyub, daha çox korrupsiyaya yuvarlanması artıq hamının canını boğazına yığıb. İkincisi, Dövlət Gömrük Komitəsidir ki, bu da sahibkarların ən ağrılı yeridir. Hər nə qədər edilən şikayətlər olsa da, buna baxan yoxdur. Üçüncüsü isə sosial təminatla məşğul olan dövlət qurumlarıdır ki, bunlar da insanlarını canlarını boğazlarına yığıb. Təbii ki, buraya Vergilər və digər nazirlikləri, habelə yerli icra hakimiyyətlərini əlavə etmək olar.
İşin ən maraqlı tərəfi odur ki, faktiki dönəmdə adlarını sadaladığımız və sadalamadığımız dövlət qurumları hələ də məsələnin ciddiyyətinin fərqinə varmırlar. Onlar birmənalı olaraq əvvəlki qaydada davam edirlər. Ancaq bu şəkildə davam edərsə, tam əminliklə demək olar ki, ölkədə hakimiyyət dəyişikliyi mütləq baş verəcək. Çünki hakimiyyətin yerli qolları özləri ya bilərəkdən, ya da bilməyərəkdən bu addımı ataraq, xalqın narazı təbəqəsinə qoşulanların sayını günü-gündən artırmaqdadırlar. Demək bir müddət də belə davam edərsə, Azərbaycan televiziyalarının iddia etdiy kimi, müxalifətin xaricdən dəstək alaraq ölkədə inqilab etməsinə ehtiyac qalmayacaq. Elə narazıların özlərinin küçələrə çıxması bir inqilab ab-havası yaradacaq.

Hiç yorum yok:

Yorum Gönder