Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

26 Ocak 2011 Çarşamba

Wikileaks Güney Azərbaycanla bağlı gizli sənəd ifşa edib

Wikileaksdə yayılan sənədə, Azərbaycan Cümhuriyyəti Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinə təqdim etdiyi sənəddə, Güney Azərbaycanlıların gələcəkdə ehtimal olunan inqilabından söz açılır.


Amerika səfirliyi 2007-ci ildə gizli bir sənəd kimi SİA-ya dəqiq bir tərcümə göndərir. Məxfi məktubda Güney Azərbaycanlılarla bağlı SİPAH-ın (İran Keşikçilər Korpusu) fitnəkarlığı ifşa edilir. Həmin sənədə görə İran azərbaycanlıların İrandan ayrılmasından nigarandır. Ona görə də hətta Azərbaycan Cümhuriyyətində sabitliyi pozmaq istəyir. Məktubda əks etdirilən İran rəsmilərinin göstərişində deyilir: Azərbaycanlılar yaşayan əyalətlərdə İrandan ayrılmaq istəyənlərin sayı artmaqdadır və onlarla təcili mübarizə aparmaq lazımdır. Həmin məqsədlə Güney Azərbaycanın milli hərəkatını anti din və xarici ölkələrə bağlı hərəkat kimi təqdim etmək lazımdır. Əhalinin dini hislərini isə onlara qarşı qoymaq zəruridir. Hətta Güney Azərbaycana qarşı mübarizə aparmaq üçün Azərbaycan Cümhuriyyətində bir nəfərin din və peyğəmbər əleyhinə təhqiramiz sözlər yazması da tapışırlar.

Həmin məktubdan da göründüyü kimi Güney Azərbaycanın haqlı milli hərəkatını boğmaq üçün rasist İran dövləti hər növ alçaqlığa getməkdədir.

Məktubu General pasdar Yusif Şakiri imzalayıb. Həmçinin Wikiliksdə bildirilib ki, məktubun orijinalından xəbər tutmayana qədər bu məktubun tam doğru olduğunu demək olmaz.

Hiç yorum yok:

Yorum Gönder