Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

27 Ocak 2011 Perşembe

Özünə umac ova bilməyən, özgəyə əriştə kəsə bilməz…

                                                 
 Dağlıq Qarabağ ərazisində məskunlaşan bir ovuc erməniyə «müstəqil respublika» qurmaq kimi sərsəm ideyalar verən, «dənizdən-dənizə böyük ermənistan» yaratmaq xülyası ilə yaşayan işğalçı respublikanın «başbilənləri» ölkələrindən qaçmaq uğrunda «yarışan» vətəndaşlarının qarşısını almaqda artıq acizdilər




Həmişə kənar vasitələrin əlində alətə çevrilən Ermənistan və onun rəhbəri bu gün sözün həqiqi mənasında özünün qurduğu tora düşüb. Bu çıxılmazlıqlar girdabında çabalayan toplum rəhbəri mübtəla olduğu bəlalardan qurtulmağın yolunu axtarsa da, buna müvəffəq ola bilmir. Uğursuz «siyasi gedişlərindən» sonra Sarkisyan həmişə adəti üzrə başını götürüb ölkədən qaçır. Dərdini danımşmağa, başına gələnləri nəql etməyə yaxın dost, sirdaş axtarışına çıxır. Çünki öz ölkəsində yalan vədlərinin üstü o qədər açılıb ki, daha nəsə uydurmağa, danışmağa üzü qalmayıb. Sarkisyan hələ 2008-ci ildə prezident «seçkilərindəndən» əvvəl və «seçkilərdən» sonra verdiyi «dadlı-duzlu» vədlər bu gün «məzlum», zəhmətkeş erməni toplumunun dadına yetmədi. Vaxtı ilə ağızları sulana-sulana mitinqlərdə dadlı vədlərə qulaq asıb Serjə ürəkdən əl çalanlar indi daha «şirəyə» gəlmirlər. Onun «dağ üstə dağ qoyacaq» vədinə inanmırlar. Ona görə də toplumun narazı hissəsinin sayı gündən-günə artmaqdadır. Bu sıradan olan narazılar ardıcıl mitinq keçirməyi bəyan ediblər. Ayağı yer tutan ölkədən qaçır, qalanlar isə Sarkisyandan canlarını qutarmaq üçün küçələrə axışır, öz etirazlarını bu şəkildə ifadə edirlər. Belə getsə, Serj və həmfikirlərindən başq ölkələrində adam qalmayacaq. Xaricdə özünə «təsəlli» axtarmağa qaçan Serj Sarkisyan isə oralarda da çox uğursuzluqlara düçar olur. Atdığı addımların beynəlxalq qrumlar və xarici dövlətlər tərəfindən çox pis qarşılanması bu binəvanı lap çətin duruma salıb. Bu günlərdə İsveçin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, Ermənistan üzrə həmməruzəçi Qoran Lindblad Ermənistanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri David Artunyana, habelə AŞPA-nın hazırkı baş katibi Mateo Sorinasuya məktub göndərib. Sözügedən məktubda deyilir: «Mənə çox qəribə gəlir ki, özünü demokratik hesab edən ölkə Avropa Şurasının «Demokratiyanın gələcəyi naminə» forumu çərçivəsində monitorinq komissiyasının həmməruzəçiləri yüksək səviyyədə görüş keçirməyə vaxt tapmır. Mənə elə gəlir ki, bu, mənim Ermənistanın forum keçirməyə hazır olmaması barədə ehtimalımı təsdiq edir.» Budur beynəlxalq aləmin gözünə kül üfürən, haqdan, ədalətdən, demokratiyadan danışan erməni «baş bilənlərinin» iç üzü. Eləcə də sözügedən forumun Ermənistanda keçirilməməsinin əngəlləməsində başqa nəsnələr də var. Belə ki, Ermənistan üzrə həmməruzəçi Qoran Lindbladın bu ölkənin hökuməti ilə münasibətləri İrəvanda 2008-ci ildə seçkilər sonra baş vermiş hadisələrlə əlaqədar prinsipial mövqeyinə görə pozulub. Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri dinc əhaliyə qarşı zorakılıq və seçki saxtakarlığı ilə müşayiət olunub. Hələ o dövrdə çeçkini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri indiki hakimiyyətin kütləvi seçki saxtakarlığına yol verdiyini, dinc etirazçılara qarşı amansızcasına divan tutulduğunu, mitinqlərin amansızcasına dağıdılmasını qeyd edib dünya ictimaiyyətinin diqqətinə çatdırmışlar. Bütün beynəlxalq qurumların, müşahidəçilərin hesabatlarında və məruzələrində Sarksisyanın faktiki olaraq saxta yolla hakimiyyətə gətirildiyi öz əksini tapmışdır. Demək olar ki, son vaxtlar toplum rəhbərinin atdığı bütün addımlar beynəlxalq aləmin qınaq obyektinə çevrilib. Bunu mütəmadi olaraq həm xarici mətbuatdan oxuyuruq, həm də siyasi şərhçilərdən eşidirik. Necə deyrlər, ermənilər artıq «öz əkdiyini biçir.» Beynəlxalq qrumların və xarici ölkələrin bizim xeyrimizə qəbul etdiyi qətnamələri, çıxardığı qərarları illərdən bəri qulaqardına vuran, qonşu ölkənin ərazi bütövlüyünü pozan, özünü həmişə «haqlı» sayan ermənilər artıq zamanın çox surətlə onların əleyhinə işlədiyinin fərqinə varmalıdır. Bütün həlledici məqamlarda daldalanmaqla, «sublandırmaqla», hətta bir çox hallarda aradan çıxmaqla bu problemin həllinə nail olmaq mümkün deyil. Hərdən bir qondarma «respublikada» beş-üç dığa arasında saxta «seçkilər» keçirməklə beynəlxalq aləmi aldatmaq, özünə tərəf çəkmək baş tutan «sevda» deyil. Bu, sadəcə münaqişənin sülh yolu ilə həllinə mane olmaq, siyasi ekspertlərin də dediyi kimi «özü-özünü aldatmaqdır». Qeyd edək ki, beynəlxalq aləmdən Ermənistana ardıcıl olaraq sərt təpgilər göstərilməkdədir.- Bu gün iqtisadiyyatı iflic vəziyyətində olan, xaricdən göstərilən yardım və verilən sədəqə ilə dolanan erməni toplumu bütün bunların müvəqqəti xarakter daşıdığını bilməli, neçəki gec deyil, öz yersiz iddialarından əl çəkməlidirlər.                                                   
                                                                                                     N. TÜRKSOY

Hiç yorum yok:

Yorum Gönder