Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

11 Şubat 2011 Cuma

Nurçuların Azərbaycandakı macəraları

1920-ci ildə Türkiyənin Bitlis vilayətinin Mizan rayonunun Nurs kəndində doğulmuş milliyətcə kürd olan Səidi Kürdi adlı əşirətçi İstanbula köçərək “Kürd Teali Cəmiyyəti” adlı bir təşkilat yaratdı. Erməni lobbisi tərəfindən maliyyələşdirilən Səidi Kürdi Türkiyənin güney doğusunda (cənub- şərqində) ayrıca “Kürdüstan dövləti”nın qurulması ideyasını təbliğ etməyə başlayır. 

S. Kürdi sonralar soyadını dəyişdirərək “Nursi” qoymuşdur. Eyni zamanda, Türkiyəyə qarşı bölücülük siyasəti ilə yanaşı, həm də İslam dini adı altında yeni bir cərəyan yaradaraq M.K.Atatürkün qurmuş olduğu dövlətdə milli, dini, mədəni dəyərlərin aşınması məqsədi ilə risalələr yazmağa başladı. Bu risalələr olduqca geniş şəkildə təbliğ olunurdu. Özünə “Bədiüzzaman” ayaması qoymaqla, guya Məhəmməd Peyğəmbərin (s.ə.s.) təqlidçisi olduğunu, qeybdən onunla danışdığını söyləyir. Əsas hədəf isə şəriət dövləti qurmaqla Türkiyəyə tam sahib çıxmaq idi. Ən əsas dayaqları torpaq islahatlarına qarşı çıxan feodallar və əşirət liderləri idi.
Nurçuların formalaşmaqda olan böyük imperiyaları
Nurçular hal-hazırda böyük bir imperiya yaratmaqdadırlar. Onlar Türkiyə xaricində Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə son illərdə geniş şəbəkə yarada biliblər. Şəbəkənin əsas lideri F.Güləndir. Bu strukturun əsas aparıcı liderləri milliyətcə kürd olanlardır.

Nurçuların təhsil proqramı

1969-cu ildən indiyə kimi 200 vəqf, 200 özəl məktəb, 500 şirkət, 460 müxtəlif kurslar, 500-dən artıq tələbə yataqxanası (nurçu yurdları) qura biliblər. Nurçuların gündəlik 300 min tirajla nəşr olunan “Zaman” qəzeti əslində “Bədiüzzaman”ın adından götürülüb. 14-dən çox müxtəlif jurnal nəşr edirlər.

Şagirdləri nurçu kimi formalaşdıran kurslar

Orta məktəbin yuxarı sinif şagirdləri üçün “Araz” hazırlıq kursları adı altında hazırlıq məşğələləri yaradılıb. Orada və digər nurçu liseylərdə “Azərbaycana xidmət edirik” şüarı altında pullu təhsil ilk dəfə olaraq rəsmiləşdirildi. Təbii ki, xidmət adı altında əsas məqsəd nurçuların əməllərindən bixəbər lisey uşaqlarını manqurdlaşdırmaq, onlardan özlərinə xidmətçilər düzəltməkdir. Hər bir şagird ildə 300-1000 dollar arası təhsil haqqı ödəyir.
Liseylərdə savadlı uşaqlara üstünlük verirlər. Çünki həmin uşaqlar ömürləri boyu onların gələcək maraqlarına və böyük ambisiyalarına xidmət edəcəklər. Hər ölkədə güclü, səviyyəli kadr yetişdirib, onların vasitəsi ilə həmin ölkənin cəmiyyətinə və iqtidarına nüfuz edirlər. Eyni zamanda, cəmiyyətin, öz ölkələrinin tanınmış insanlarının uşaqlarını ələ keçirtmək, onları təriqətlərinə cəlb etmək üçün böyük çaba xərcləyirlər. Məsələn, hazırda Azərbaycanın müxalifətli-iqtidarlı, bir çox tanınmışlarının uşaqları artıq nurçudurlar.
Növbəti hərfin əsası qoyulur. ..
Bəlkə də çox adam Bakıdakı Qafqaz Universitetinin binasının “F” hərfi formasında tikildiyini bilmir, yaxud bilirsə də buna ciddi əhəmiyyət verməyib. Bəs bu “F” nə deməkdir? Əslində sözügedən universitetin korpusunun F şəklində tikilməsi təsadüf deyil. Bu, nurçuların liderinin (Fətullah Gülənin) adının baş hərfidir. Şəbəkənin Azərbaycandakı əsas mərkəzi Qafqaz Universiteti olduğu üçün növbəti korpus “G” hərfi şəklində tikilir. F.G. – yəni Fətullah Gülən…

***

Ötən saylarımızda nurçuların şiddət və təzyiqlərindən söz acmışdıq. Eyni proseslər Qafqaz Universiteti tələbələrinin üzərində də gedir.
Nurçular haqda danışan tələbələr universitetdən qovulmaqla hədələnir, imtahanda planlaşdırılmış problemlərlə üzləşirlər.
Belə bir sual yaranır: əgər Fətullah Gülənin və davamçılarının etdikləri Allah rizası üçündürsə bəs onda niyə binanın təməli F.G. şəklindədir? Demək ki, ümumi nurçuluq Allah rizası üçün deyil, Fətulla Gülən “rizası” üçündür.

Qafqaz Universiteti qan ağlayır

Tələbələr deyir ki, tamamilə əsarətdədirlər. Antinurçular sıxışdırılır, universitetə kameralar quraşdırılıb. Artıq tələbələrin hər addımı izləmə altındadır.

“Risaleyi Nur” və onu oxumağın məcburiyyətləri

Nur ocaqlarının törənlərində “Risaleyi Nur” mütləq oxunmalıdır. Oxumağı bilməyənlərə qulaq asmaq vacibdir. Hər bir nurçunun evində “Risaleyi Nur” mütləq olmalıdır. Onu oxuyub, Səidi Nursiyi müdafiə etmək və hansı şərtlər altında olursa-olsun onun mübarək bir insan olduğunu yaymaq, başqalarını da buna inandırmaq hər bir nurçunun vəzifəsidir.
Nurçulara görə, “Risaleyi Nur” İslamın, yəni Quranın açıqlamasıdır. Allahın adlarını saydıqdan sonra Səidi Kürdinin adını çəkmək lazımdır. Onların fikrincə, nurçuluğa qarşı çıxanların hamısı dinsizdir və İslamı yıxmaq istəyənlərdir. Nurçuların iddiasına görə, “Risaleyi Nur” Allah tərəfindən nazil edilib.
Məlumdur ki, İslamda xüsusi və üstün qrup anlayışı yoxdur; bütün insanlar Allah qarşısında bərabərdir. Amma nurçuluqda özəl bir topluluq və imtiyazlı qrup anlayışı var… Həmin qrupa təlqin edilən fəlsəfəyə görə, onlardan – nurçulardan başqa hər kəs dinsiz və kafirdir.

Nurçuların gözləri necə bağlanıbsa gerçəyi belə görə bilmirlər

Yazını Fətullah Gülənin bir kəlamı ilə bitirmək istəyirəm. O, deyir ki, Hədəfə ulaşana qədər hər yöntəmə baş vurmaq olar: “…Bunun içinə yalan söyləmək və insanları aldatmaq da girər. Yetər ki ”Hizmət” kəsintiyə uğramasın. “Hizmət” deyilən çalışmanın ən böyük özəlliyi səssiz və dərindən olmasıdır. Bu gizlilik də güclü oluncaya qədər davam edəcəkdir. Cemaatın (nurçuların) təməl fəlsəfəsi budur”.

Türkan TURAN

Hiç yorum yok:

Yorum Gönder