Bütov Azərbaycan uğruna

Bütov Azərbaycan uğruna

31 Ocak 2011 Pazartesi

Molla rejimi ermənilərlə daha bir razılığa gəldi

İrəvan və Tehran İran neft məhsullarının Ermənistana nəql edilməsi üçün nəzərdə tutulan boru kəmərinin tikintisi ilə bağlı razılıq əldə ediblər.


Ucnoqta.az-ın “Armeniya Today” saytına istinadən yaydığı məlumata görə, bu barədə İranın neft sənayesi naziri Məsud Mirkazımi Ermənistan energetika və təbii sərvətlər naziri Armen Movsisyanın Tehrana səfəri zamanı bildirib. İranlı nazirin sözlərinə görə, boru kəməri Təbriz şəhərindən başlayacaq və Ermənistan sərhədinə qədər uzanacaq. Bu, erməni tərəfinə İran neft məhsulları hesabına özünün təlabatını yarısını ödəməyə imkan yaradacaq.

M.Mirkazımi bildirib ki, Ermənistana nəql olunacaq İran neft məhsullarının qiyməti və həcmi yaxın gələcəkdə razılaşdırılacaq. Ermənistanın energetika və təbii sərvətlər naziri A.Movsisyan İrana səfəri zamanı həmçinin İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüş keçirib. Burada da hər iki nazir Ermənistan və İran arasında dəmir yolu xəttinin tikintisi ilə bağlı müzakirə aparıblar. Erməni nazir deyib ki, İran və Ermənistan arasında heç bir siyasi problem yoxdur: “Bu da iki ölkə arasında digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə yaxşı zəmin yaradır».

Hiç yorum yok:

Yorum Gönder